Müsavat Partiyası İran səfirliyi qarşısında aksiya keçirib - FOTO
Noyabrın 15-də Müsavat Partiyası İranın Bakıdakı səfirliyi qarşısında aksiya keçirib. Aksiyada Tehran rejiminin anti- Azərbaycan siyasəti və İranda dinc aksiyaçılara qarşı amansız davranışlara etiraz edilməsi nəzərdə tutulub. Polis aksiya iştirakçılarına müdaxilə edib. Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının İran səfirliyi qarşısında aksiya keçirməsinə icazə verməyib.