“ O, BU İSLAHATLARLA BARIŞMALIDIR” - “Buna son verməyin zamanı çoxdan çatıb”

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvanda apardığı əməliyyatın başlanğıcı DTX Naxçıvan Baş idarəsini yaradanda qoyulmuşdu”.

Bunu “AzPolitika.info”-ya təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl DTX-nın Muxtar Respublikada keçirdiyi əməliyyatları şərh edərkən deyib.

“Müstəqilliyimizdən üzü bəri Naxçıvan Muxtar Respublikasına verilmiş hədsiz səlahiyyətlər Naxçıvanı rəsmi Bakının təsirindən xeyli uzaqlaşdırmışdı. Faktiki olaraq, Naxçıvana getmək naxçıvanlı olmayan Azərbaycan vətəndaşları üçün problemli olub. Naxçıvandakı güc strukturları isə Bakıya hesabat verməkdən yayınırdılar. Mülki qurumlara da bir əlahiddəliyin verilməsi bölgə məmurlarını şişirtmiş və özbaşınalığı hədsiz səviyyəyə çatdırmışdır...Buna son verməyin zamanı çoxdan çatıb  - deyə, İlham İsmayıl qeyd edib.

Ekspert vurğulayıb ki, məlumatlara görə Naxçıvanın idarə edilməsində Bakının rolunun artırılması gündəmdədir və bu istiqamətdə köklü dəyişikliklər gözlənilir.

 

 

Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının nazirliklərinin də birbaşa Bakıda olan nazirliklərə baş idarələr formasında tabe ediləcəyi gözlənilir, o cümlədən rayonların icra hakimiyyətləri də...

 

 

“Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin ləğvi məqsədəuyğun sayılır. Naxçıvan rəhbərliyi bu islahatlarla barışmalı, yersiz müqavimət və narazılıqlar ifadə etməməlidir”, - İlham İsmayıl əlavə edib.






Fikirlər