“Hələ Naxçıvanda sular durulmayıb“ - Aqil Abbas
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun bu gün parlamentin plenar iclasında Naxçıvan barəsində səsləndirdiyi fikirlər müzakirəyə səbəb olub. Deputatın “Naxçıvan həssas bölgədir və həssas bölgə ilə bağlı erməninin öyrətdiyi adamlar fikir söyləyirlər” deməsi birmənalı qarşılanmayıb. Pravda.az xəbər verir ki, Milli Məclisin deputatı Aqil Abbas həmkarını dəstəkləyib: “Siyavuş Novruzov Naxçıvandandır. Elə Naxçıvandan da deputat seçilib. Hələ Naxçıvanda sular durulmayıb. İndidən çoxlu “feyk” xəbərlər yayırlar. Naxçıvanın statusunun ləğv edilməsi-filan... O da təəssübünü çəkir. Kimsə Ağdamın, Ağcəbədinin əleyhinə danışsa, mən də müəyyən bir cavab verərəm. Siyavuş Novruzov deyib, deyib də, öz fikrini bildirib. Burda nə pis şey var ki? Çünki ermənilər çoxdan hazırdırlar ki, Naxçıvanı işğal etsinlər. Ola bilər, Siyavuş Novruzov bunu bir az sərt deyib. Nə deyək?!”.