“Tehran cavab versə, genişmiqyaslı müharibə olacaq...” – İrana qarşı hibrid müharibə başlayıb

Suriyanın İraqla sərhədindəki Əbu Kamal şəhəri yaxınlığında İrana məxsus 25 yük maşınından ibarət karvana naməlum təyyarələr zərbə endiriblər. Sosial şəbəkələrdə yayılan görüntülər itkilərin böyük olduğunu göstərir. Bundan başqa, Əbu Kamal ərazisindəki iranlı komandirlərin toplantı yeri də hücuma məruz qalıb. Suriyanın Əbu Kamal əyaləti İrana bağlı “Həşdəş-Şəbi”, “Zeynəbiyyun”, “Fatimiyyun”, Livan və İraq “Hizbullah”ları kimi silahlı qruplaşmaların nəzarətindədir.

Politoloq Xəqani Cəfərli bildirir ki, son iki gün ərzində baş verənlər - İran ərazisində hərbi obyektlərə və Suriyanın Əbu Kamal şəhəri yaxınlığında İrana məxsus 25 yük maşınından ibarət karvana zərbə endirilməsi terrorçu teokratik rejiminə qarşı hibrid müharibənin başladığını göstərir. “Əgər İran terrorçuluq fəaliyyətini davam etdirməyə, İsrail və ABŞ qüvvələrinə hücuma cəhd etsə, hibrid müharibə genişmiqyaslı müharibəyə çevrilə bilər”, - o deyib.

 

 

X.Cəfərlinin sözlərinə görə, əliyalın səfirlik içilərinə qarşı terror həyata keçirən İranın İsrail və ABŞ qüvvələrinə qarşı əməliyyat keçirməsi isə gözlənilmir: “ABŞ tərəfindən terrorçu təşkilat kimi tanınan İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandiri Qasım Süleymani məhv ediləndə terrorçu teokratik rejim onun qanının yerdə qalmayacağını, intiqamının ən kəskin şəkildə alınacağını bildirirdi. Qasım Süleymaninin məhv edilməsindən üç il keçir və İran Qüds qüvvələrinin komandirini məhv edənlərdən heç bir intiqam almayıb. Çünki Qasım Süleymanini məhv edənlər əliyalın səfirlik işçiləri deyildi...”  /“AzPolitika.info”

 

 






Fikirlər