“Başkəsən generalın 30 milyonluq əmlakı özünə qaytarıldı”
Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarıldı. Qeyd edək ki, dəyişikliklər Media haqqında Qanundan irəli gələrək həyata keçirilir. Deputat Fazil Mustafa çıxışında ictimaiyyət arasında gedniş müzakirələrə səbəb olun faktı xatırlatdı: “Bu yaxınlarda Ali Məhkəmənin qərarı oldu ki, keçmiş MTN-in başkəsən generallarından birinin 30 milyon əmlakına bəraət verildi, özünə qaytarıldı. Bu cəmiyyətdə birmənalı qarşılanmadı”. Deputat bildirdi ki, qanunlar medianın belə şəxslərlə bağlı araşdırma aparmasına mane olmamalıdır: "İndi onun mənbəyi və başqa məsələlərlə bağlı araşdırma aparanda onun təqsirli olub-olmaması məsələsi gündəmə gələ bilər. Media bundan çəkinir. Amma cəmiyyətin xeyrinədir ki, bir çox bu istiqamətdə olan məsələlərdə araşdırma aparmaq imkanı təqsirli şəxsin olması barədə xarakterizə olunmasın. Ona görə də incə bir ifadə əlavə etməliyik ki, medianın bu hüququ məhdudlaşması".