“PUTİN NÜVƏ SİLAHINDAN İSTİFADƏ EDƏCƏK...” - “4 variant var...”

“Bu, son 100 ilin ən taleyüklü qərarı olacaq”

“Putin Rusiyası anti-Qərb, kvazisovet, qeyri-liberal bir dövlət kimi, utancverici alçalma və böyük məğlubiyyətlə üz-üzədir. Putinin fikrincə, bu böhran ekzistensial xarakter daşıya, həmçinin Rusiya doktrinasına əsasən, bütün silahların istifadəsinə haqq qazandıra bilər. Bütün bu hərbi uğursuzluqlar fonunda, Putinin nüvə silahından istifadə riski xeyli artır. Artıq Putinin müharibəsi o qədər nəzarətdən çıxıb ki, indi o, son 100 ilin ən taleyüklü qərarını qəbul edib, nüvə silahından istifadə edə bilər”.

“AzPolitika.info” xəbər veri ki, bu barədə ABŞ-ın “Heritage Foundation” analitik mərkəzinin dərc etdiyi məqalədə bildirilir.

Həmin məqalənin tərcüməsini oxuculara təqdim edirik:Rus generallar ötən ilin noyabr ayında taktiki nüvə silahlarından istifadəni müzakirə etdilər. Lakin onlar uzaq mənzilli taktiki nüvə silahlarından istifadəylə bağlı daha ehtiyatlı mövqe sərgilədilər. Bununla belə, Rusiya Qərbi getdikcə özünün əsas düşməni kimi görür və indi taktiki nüvə silahından istifadə etməyi, döyüşlərin daha da genişlənməsinin qarşısını almaq yolunda bir seçim kimi qəbul edir. İlkin təxminlərə görə Rusiyada müxtəlif ölçülü 1000-2000 arası nüvə silahı var. Rusiya müharibənin ortalarına doğru taktiki nüvə silahından istifadə edə bilər.

Putinin nüvə silahına müraciət edəcəyi dörd variant var:

- Rusiyaya hücumun qarşısının alınması;

- Rusiyaya qarşı nüvə silahından istifadə;

- Rusiyanın komanda-nəzarət sistemlərinə olunan kiberhücum;

- Nüvə silahından istifadəylə bağlı Rusiyanı təhdid etmək.

Rusiyanın nüvə və ya kimyəvi silahdan istifadə ehtimalı getdikcə artır. Rusiya Ukrayna hərbçilərini məğlub edə bilmədi. Rusiyanın hazırkı məqsədi Ukraynanın elektrik və su təchizatlarına hücum edərək, mülki əhalini təslim olmağa məcbur etməkdir. 

Ona görə də Rusiyanın Ukraynada mülki müqaviməti hədəfə almaq üçün kütləvi qırğın silahından nəinki istifadəylə bağlı hədələməsi, hətta faktiki olaraq istifadə edə biləcəyi də inandırıcıdır. Məsələn, Rusiya Ukraynanın şərqindəki metro stansiyalarına qarşı kimyəvi silahdan istifadə edə bilər. Necə ki, daha öncə Suriyada bunu etmişdi.

Rusiyanı nüvə hücumundan çəkindirmək üçün ABŞ və onun müttəfiqləri əvvəlcədən elə bir təbliğat aprmalıdırlar ki, Putinə xidmət edən siyasi elitalar bu hadisədən necə təsirlənəcəklərini başa düşsünlər və onun fikrini dəstəkləməsinlər. Həmçinin Rusiyanın müttəfiqləri də Putinin nüvə silahından istifadəsinə qarşı çıxamalıdırlar.

Rusiya yəqin ki, düşmən hesab etdiyi ölkələri nüvə silahından istifadə ilə hədələməyə və şərti mübarizə aparmağa üstünlük verəcək. Lakin Putin və onun generallarının blef etmədiyini də qeyd etməliyik.

Ukrayna silahlı qüvvələri nə vaxtsa Rusiyanın Krımı Donbasla birləşdirən quru dəhlizini tutmaqla hədələyəcək. Bu zaman Putin əsrin ən taleyüklü qərarlarından birini verəcək- nüvə ya da kimyəvi silahdan istifadə edəcək”.

 






Fikirlər