"İSTƏNİLƏN vaxt nüvə silahından istifadə etməyə hazırıq" — KİM ÇEN In dünyaya meydan oxudu
Şimali Koreya lideri Kim Çen In yenə dünyaya meydan oxuyub. Ölkə.az xəbər verir ki, Şimali Koreyanın lideri ölkəsinin nüvə silahından istənilən vaxt istifadə etməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Koreya özünün hərbi doktrinasına yenidən baxmağa hazırlaşır. Yeni doktrinada Pxenyan nüvə silahından istədiyi vaxt, təhlükə hesab etdiyi istənilən dövlətə və onun ordusuna qarşı istifadə edə biləcəyi yer alacaq. Xatırladırıq ki, bu yaxınlarda ABŞ-ın Maliyyə Nazirliyi Şimali Koreyaya qarşı tətbiq edilən sanksiyaları daha da sərtləşdirmək qərarı almışdı. Bu qərardan sonra Pxenyan növbəti nüvə sınağını da keçirərək Qərbə meydan oxumuşdu.