TÜRK ƏSGƏRİNİN İRAQDA ŞOK “XƏNCƏR” ƏMƏLİYYATI - PKK-nın 50 lideri öldürüldü
Şimali İraqa doğru hərəkət edən təyyarələr Hakkarinin Şemdinli bölgəsinin qarşı tərəfindən olan Şimali İraqın Hakurk bölgəsindəki istehkamları bombalayıb.
PKK-nın ən strateji mövqeyi hesab olunan Hakurk bazası türk təyyarələri tərəfindən darmadağın edilib. İlkin məlumata görə, PKK-nın idarəçiliyində əsas yerləri tutan 50 terrorçu məhv edilib. Həmçinin yüzlərlə PKK-lı da öldürülüb.
Bu arada, qurudan da hücumların həyata keçirilməsi məsələsinin müzakirə olunduğu deyilir. Havadan hücumların ardından 22 bölgədə PKK-nın Türkiyədəki qollarına qarşı əməliyyatlar keçirilib və demək olar ki, bütün şəbəkə zərərsizləşdirilib.
Şimali İraqda PKK hədəflərinin bombalanmasından sonra xüsusi təyinatlı “Bordo berelilər”in sərhədi keçərək 30 kilometrə qədər irəlilədiyi və əvvəlcədən müəyyənləşdirilən hədəfləri məhv etdiyi haqda məlumatlar yayılıb. “Xəncər” adlanan əməliyyat zamanı xüsusi təyinatlılar bombalanma zamanı az zərər görmüş hədəfləri tamamilə məhv edib.