ABŞ-dan Türk Dünyasına zərbə!

ABŞ-dan Türk Dünyasına zərbə!Amerikada dərc olunan “The Kurdish Spring” (Kürd Baharı - Ortadoğunun Yeni Xəritəsi) kitabının müəllifi və “Kolumbiya Üniversitetinin “Barış və İnsan Haqları” mərkəzinin direktoru David Phillips Suriyanın Kobani bölgəsindəki son olaylarla ilgili baş vermiş dəyişikliklərə işarə edərək
bildirmişdir ki, İŞID-ın bölgədən dışlanması həm də kürdlərin tarixində “Hələbçə” milli kimliyinin yaranması üçün önəmli yer tutmaqla yanaşı, bölgədə ilk bağımsız dövlət “Kürdistan” olacaq.


Bu faktın özü təsdiq edir ki, Orta Doğuda BOP (Böyük Orta Doğu Projesi) planının şərtlərinə uyğun olaraq bütün terror eyləmləri, dinlər, təriqətlər, məzhəblər, fərqli toplumlar arasında 2003-cü ildən bu yana yaşanılan bütün proseslər birbaşa ABŞ-ın nəzarətində baş verir. Suriya, İraq, İran və Türkiyədə kürdlərə muxtariyyət vəd etməklə və silahlandırmaqla onları bölgədəki dövlətləri param-parça etmək, xırda oyuncaq dövlətlərə çevirmək, bütün doğal zəngilikləri, özəlliklə də enerji resurslarının tam sahibinə çevrilmək başlıca strateji hədəflərdən ibarətdir.

Peşmərgələrə verilən açıq dəstək

ABŞ-dan Türk Dünyasına zərbə! David Phillips açıq şəkildə bildirmişdir ki, Uluslararası Koalisiya kürt silahlılarına dəstək verməklə İraqda İŞID-ın hədəflərinin genişlənməsinin qarşısını ala biləcəkdir. Bunun alternativi yoxdur. ABŞ-ın əsas strateji tribunası olan CNBC-də qeyd olunur ki, öncə İraq siyasətini “Ərbil siyasəti” ilə yeniləmək gərəkdir. Çünki, İŞID-ı darmadağın etmək üçün bu çox vacibdir. Bölgənin tamamilə kürdlərin nəzarətinə verilməsi peşmərgələrin güc sahibinə çevrilməsi deməkdir. D. Phillips fikirlərini davam etdirərək belə qeyd edir: “Bu gün kürd silahlıları faktiki olaraq ABŞ əsgərlərinin funksiyasını icra edirlər. Biz “Ərəb Baharı” strategemiyamızı “Kürd Baharı” formulunda inkişaf etdirməliyik. Bütün bunlar xalqların demokratiya uğrunda mübarizəsi adı ilə həyata keçiriləcək. Çünki, Tunisin dışında digər ərəb ölkələrində “Ərəb Baharı” çox uğursuz sonluqla bitmişdir”.

Kürdlər Orta Doğuda Batının ilham qaynağı rolunda

II Dünya Savaşından sonra, Batının dəstəyi ilə yenidən şəkilləndirilən Orta Doğuda süni şəkildə ərəb milliyyətçiliyi ideologiyası hakim idi. Soyuq Savaş iflasa uğrayana kimi bu proses davam edib. Misir, İraq, Suriya, Liviya, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Livan, Oman, Sudan, Səudiyyə Ərəbistanı, Yəmən, Bəhreyn, Qətər, İordaniya kimi ölkələrdə Məmlük, Atabəylik, Səlcuklu, Ağqoyunlu, Qaraqoyunlu və Osmanlı dönəmindən bu torpaqlarda məskun olan Türklərə qarşı ifrat dərəcədə genişmiqyaslı dərin siyasətlər aparıldı. Özəlliklə də Hafiz Əsəd, Hüsnü Mübarək, Səddam Hüseyn, Abdulla bin Əbdül Əziz əl-Səud və digər diktatorların apardıqları aprteid siyasət haqqında cildlərlə kitablar yazmaq mümkündür. XXI yüzillikdə isə bu siyasəti kürdlərin əli davam etdirmək strateji hədəfə çevrilib. İraqın Quzeyindəki üç milyonluq Türkman əhalisini heçə saymaq, onlara qarşı peşmərgə kürd silahlılarının vasitəsilə soyqırımlar aparmaq bu hədəflərdən biridir. Kürdlərin əli ilə son iki ildə Suriyada da bu proseslər davam etmişdir. Növbəti hədəfdə isə bu taktikanı Güney Azərbaycana tətbiq etmək durur. ABŞ və Batı dövlətləri Orta Doğuda öncə ərəbləri, indi də kürdləri silahlandırmaqla bölgəni yenidən şəkilləndirmək adı altında böyük ölçüdə doğal zənginliklərə sahib çıxmaq üçün min illələrlə mövcud olan bütün bəşəri mədəni qaynaqları da məhv etmişlər. Yəni tarixin maddi-mədəni irsini yox etməklə, yeni nəsil üçün genetik yaddaşın izləri tamamilə yox edilməkdir. Bunun qarşılığında isə kürdlər üçün xəyali “Böyük Fırat” və ya “Mesopatamiya” ideologiyası sərgilənməkdədir.

Rojavadan Ağ dənizə çıxış hədəfləri

BATI dövlətləri tərəfindən bəslənilən, qədim Misir fironlarının strateji hədəf kimi irəli sürülən “Kopt kültür” doktrinası XIX yüzillikdən bu yana incələnməkdə, genişmiqyaslı sömürgə düzəni yolları aranmışdır. Belə ki, qədim Misir fironları hər hansı bir bölgəni işğal etmək istədikdə, öncədən hazırlanmış xüsusi cəza dəstələri ilə oraların maddi-mədəni irsini tamamilə məhv edərdilər. Bunun ardınca isə işğalçılara qarşı yerli toplumu lider olaraq səfərbər edə bilmək gücündə olan insanları isə dar ağacından asar, ya da onların başlarını kəsərdilər. Bu gün bəşəriyyətə dünyada ən qəddar terrorçu güc qismində təqdim olunan Orta Doğudakı İŞID hərəkatı da məhz həmin funksiyanı icra edir. I və II Dünya Savaşları sonucunda şəkillənən Orta Doğu Batı dövlətləri tərəfindən səfalət, kütləvi savadsızlıq durumunda idarə edilmişdir. İŞID hərəkatı qədim Misir fironlarının hədəfi olan kopt mədəni irsini bu gün gündəmə gətirməklə əslində Batının strateji institutları tərəfindən hazırlanmış mistik inanc biçimində təlqin olunan qədim kopt qanunlarına dayanıqlı sömürgəçiliyin icraçısına çevrilmişdir. Bu vəhşətlərin qarşısını almaq üçün “Rojava doktrinası” irəli sürülməkdədir. Yəni Suriyada yeni bir “Kürdüstan” oluşdurmaqla İŞID-ın və Bəşər Əsəd rejiminin axırına çıxmaq mümkündür. Beləliklə Quzey İraqda yaradılmış “Quzey İraq Kürd Muxtariyyəti”nin ardınca Suriyada “Rojava-Kürd İdarəçiliyi”nə doğru hərəkət edilməkdədir.
İndi demək olar ki, başda ABŞ olmaqla, bütün Batı dövlətlərinin masasında yer alan “Kürdüstan” xəritəsi və bu coğrafiyada baş verən proseslər diqqətlə təqib edilməkdədir. Çünki, İraq və Suriyadakı Türkman əhalisinin (onların toplam sayı 5 miyondan çoxdur) yaşadığı ərazilər neft, qaz və digər doğal zənginliklərə malikdir. Onların bu sərvətlərə sahib çıxması əslində Batının Orta Doğudakı azından minillik siyasi, mədəni və iqtisadi gücünün yenidən bərpa olunması deməkdir. Buna görə də arxa baxçası Batıya söykəmli olan “kürd faktorunu” alovlandırılmaqda və onların sayəsində XXI yüzilin yeni sömürgə strategiyası sərgilənməkdədir. “Rojava” adı altında birbaşa Suriyadan Ağ dənizə çıxış Batı üçün “ölüm-qalım” deməkdir.

İraqın parçalanması və Kürdüstan strategiyası

ABŞ-dan Türk Dünyasına zərbə! ABŞ-ın Orta Doğu üzrə strateqlərindən biri kimi məşhur olan David Phillips açıq şəkildə bildirir ki, İraq bir neçə dövlətə parçalanmalıdır ki, “Kürdüstan” hədəfləri leqallaşa bilsin. Bu gün İraqda yaradılmış kürd idarəçiliyi əslində “Güney Kürdüstan” adı ilə hərəkət etməlidir. Çünki, qarşıda Türkiyə və Güney Azərbaycanda strateji və yararlı torpaqlar indi başlanılan proseslərin davamına çevrilə bilər. Bunun üçün ilk hədəf Bağdadda qurulacaq yeni rejimin “Kürdüstan”ı tanımasıdır. Quzey İraqda neftdən və qazdan əldə edilən gəlirlərə şəffaflıq görüntüsü yaratmaqla, bu prosesə demokratik bir şəkilləndirmə tətbiq etməklə nail olmaq mümkündür. Türkmanlara gəldikdə isə, onlar həm ərəblərin, həm də kürdlərin maraqlarına uyğun tərzdə yaşam qanunlarına yönəldilməlidirlər. Əgər ərəblər bu strategiyaya qarşı çıxaraq türkmanlarla birgə hərəkət edəcəklərsə, o zaman ehtiyatda olan variant kimi, “Sünnü İraq”, “Şiə İraq”, “Bağdad”, “Kürdüstan” və “İraq Türkman” dövlətləri kimi modellər dərhal hərəkətə keçilməlidir. İraqın gələcək taleyində hansı inzibati bölgülərin təsbit edilməsi prosesində əsas məsələ “Güney Kürdüstan”ı rəsmiləşdirmək bir şərtdir.

Şenqal və Kobaninin qorunmasında Batı dəstəyi

Suriyanın Şenqal və Kobani bölgələrində uzun müddət davam edən çatışmaların sonucu olaraq, Batı dövlətləri Türkiyəni sıxışdırmaq hədəfini rəsmiləşdirməyə çalışırlar. Çünki, Mosul üzərindən daşınacaq neft və qazın Türkiyədən deyil, birbaşa Suriyadan keçməklə Ağ dənizə çıxarılması Batının Orta Doğuda təməlli şəkildə güclənməsinə xidmət edir. Bunun üçün də PKK, PYD və digər kürd terror təşkilatları BATI-dan maliyyə dəstəyi almaqdadırlar. Guya kürd silahlı birlikləri dünyanı lərzəyə gətirən İŞID-a qarşı savaşırlar. Beləliklə Batı dövlətləri həm də Türkiyənin NATO-dakı gücünü zəiflətməyə çalışırlar. Vaşinqton-Ankara-Diyarbəkir-Ərbil arasında son illərdə yaşanılan dartışmalar da sübut edir ki, Türkiyənin Türk Dünyası adı ilə yeni güc mərkəzi kimi formalaşmasını Batı dəstəkləmir. Batı “insan haqları”, “toplumların yerəl hüquqları”, “xalqların öz müqəddaratını təyinetmə prinsipləri” adı altında Türkiyəni təhdid etməklə, “Kürdüstan” ideyasından bir silah kimi yararlanmaqda davam edir. Bizim müşahidələrimizə görə indi Batı dövlətləri Güney Azərbaycanı təhdid etmək üçün kürdlərin PJAK təşkilatında lazım olan dəstəyi verməyə başlamışdır. Quzey İraq neftindən əldə edilən gəlirlərin bir qismi məhz bu hədəflərə yönləndirilməkdədir. Kobani və Hələbçə olaylarında PJAK-ın PKK və PYD birlikdə silahlı mübarizə aparması da bunu təsdiq edir.

David Phillips kimdir?

ABŞ-ın Kolumbiya Universitetinin “Barış və İnsan Haqları” mərkəzinin direktoru kimi Bill Klinton, Corc Buş və Barak Obama dönəmlərində xarici işlər nazirliyinin müşaviri və dış siyasətdə “Küdr baharı”, “Losing Iraq” (İraqı itirmək) və “From Bullets to Ballots” (Qurşunlardan səsverməyə) doktrinaların müəllifidir. İraq, Suriya, Türkiyə-Ermənistan məsələlərində “kürd kartı”, Kosova, Sudan, Şri Lanka və başqa ölkələr üzrə ABŞ-ın yeni hədəflərin layihələrinin müəllifidir. Özəlliklə də İraq, Suriya, Türkiyə, Ermənistan, Güney Azərbaycan strategiyasında kürd separatizminə dəstək kimi onların silahlandırılması ideyasını ciddi şəkildə müdafiə edənlərdən biridir. Adını insan haqlarının qoruyucusu kimi tanıdan David Phillips bu niyyətlərini CNBC-də dərc olunan açıqlamalarında da gizlətməmişdir. İŞID hərəkatı və onun gündəmə gətirdiyi terrorizmi bəhanə edərək “kürd kartı”nı alovlandırmaq hədəfi bununla bağlıdır. O, son məqaləsində açıq şəkildə belə qeyd edir: “Əgər bu gün kürdlərə yardım etməsək, ABŞ əsgərləri öz həyatları bahasına qurudan savaşa qatılmaq zorunda qalacaqdır. Bunun potensial riskini göz önünə almaq lazımdır. Kürdlərin İŞID-a qarşı aparacaqları savaşın ən böyük ödül onlara dövlət qurmalarına imkanların yaradılması olacaqdır. ABŞ bir dövlət olaraq, o zaman Orta Doğuda ən böyük zəfərə nail olacaq. Kobani və Şenqalda əldə edilən başarılar artıq kürdlərdə onlara verilən vədlərə görə böyük inam yaratmışdır. Çünki, “Bağdad öncə gəlir” siyasətimiz indiki reallıqlara görə iflasa uğramışdır. Pentaqon da buna görə kürd peşmərgələri ilə birgə çalışır”.


Ənvər BÖRÜSOY (Qafqaz və TÜRK Dünyası araşdırmaları üzrə
ekspert,siyasi şərhçi)






Fikirlər