SON DƏQİQƏ! ABŞ və Rusiya arasında NÜVƏ GƏRGİNLİYİ: Cavab çox ağır olacaq!

Ukrayna ilə müharibəni ən qısa zamanda bitirməyi düşünürük. Onların əks-hücumlarının necə sona çatacağını görəcəyik”.

"AzerTaym.az" musavat.com-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin Özbəkistanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində səsləndirib.

Rusiya liderinin bu çıxışı Moskva ilə Vaşinqton arasında vəziyyəti gərginləşdirib.

Belə ki, Putinin bəyanatları Ukraynada daha güclü silahlardan istifadə kimi qəbul edilib. Bu səbəbdən ABŞ prezidenti Cozef Bayden Rusiyaya nüvə silahı ilə bağlı xəbərdarlıq edib.

"Rusiya müharibədə nüvə və ya kimyəvi silahlardan istifadə etməyə çalışarsa, bu kritik addımın dağıdıcı miqyasına uyğun olaraq çox ağır cavab alacaq" - Bayden CBS telekanalına açıqlamasında deyib.

ABŞ lideri bəyan edib ki, Rusiyanı dünyadan tamamilə təcrid etmək üçün əlindən gələni edəcək.

Rusiya isə iki halda nüvə silahından istifadə edə biləcəyini xatırladıb. Moskva nüvə silahından yalnız atom hücumuna cavab olaraq, yaxud ölkənin suverenliyi və ərazi bütövlüyü təhdid altında olarsa, istifadə edəcək.






Fikirlər