Qüdrət Həsənquliyev: "Millət vəkilinə atəş açılması ağır hadisədir"

Qüdrət Həsənquliyev:

"Millət vəkilinə atəş açılması ağır hadisədir".

 "AzerTaym.az" bildirir ki, bunu "Report"a Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Fazil Mustafaya qarşı silahlı hücuma münasibət bildirərkən deyib.

"Hüquq-mühafizə orqanları tez bir zamanda cinayətkarın tapılması istiqamətində tədbirlər həyata keçirəcək. Bu cinayətin üstü açılacaq və layiqli cəzasın alacaq. Azərbaycanda ictimai-siyasi həyatında qorxu mühiti yaratmaq istəyən qüvvələr var. Bu, iyrənc bir terror aktıdır", - millət vəkili qeyd edib.






Fikirlər