Türkeşin oğlu 6-cı dəfə deputat seçildi...
Milliyətçi Hərəkat Partiyasının qurucusu mərhum Alparslan Türkeşin oğlu Toğrul Türkeş növbəti dəfə Türkiyə Böyük Millət Məclisinin üzvü seçilib. O, bununla da 6-cı dəfə deputat mandatı qazanmağı bacarıb. Yenisabah.az xəbər verir ki, 69 yaşlı Toğrul Türkeş Ankaradan deputat vəsiqəsi əldə edib. Qeyd edək ki, T.Türkeş AKP-nin siyahısı ilə seçki mübarizəsinə qoşulmuşdu.