Akşener qəzəbləndi, pəncərəyə yumruq atdı: “Mən sizə demişdim...”
Türkiyənin İyi partiyasının sədri Meral Akşener prezident seçkilərinin nəticələrinə sərt reaksiya verib. “Yeni Sabah” Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə "Yenişafak" qəzeti məlumat verib. Bildirilir ki, Akşener seçkilərin ilkin nəticələri açıqlandıqdan sonra ətrafındakı rəsmilərə "Mən sizə belə olacağını demişdim" deyə bildirib. Bəzi mənbələrin iddiasına görə, Akşener pəncərə şüşəsinə də zərbə endirib. Qeyd edək ki, Meral Akşener müxalifətin namizədinin Kamal Kılıçdaroğlu olmasına qarşı çıxıb. Səsvermə bülletenlərinin 100 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,35 faiz səslə öndə olub.