Seçkilərin ikinci turunun yekun nəticələri elan olundu ...

Seçkilərin ikinci turunun yekun nəticələri elan olundu 

Türkiyədə 28 mayda keçirilmiş prezident seçkilərinin ikinci turunun yekun rəsmi nəticələri elan olunub. 

Yenisabah.az "Sözcü"yə istinadən xəbər verir ki, bu barədə Ali Seçki Komissiyasının rəhbəri Ahmet Yener açıqlama verib. 

Onun sözlərinə görə, nəticələr dərc olunması üçün "Resmi Gazete"yə göndərilib. 

Belə ki, Rəcəb Tayyib Ərdoğan 27 834 589 səslə (52.18 faiz) birinci, Kemal Kılıçdaroğlu isə 25 504 724 səslə (47.82 faiz) ikinci olub. Ölkə üzrə seçici aktivliyi 85.72 faiz təşkil edib. 

 






Fikirlər