“Rusiya əslində bunu gözləyib, amma...” - Antiterror tədbirləri ilə bağlı şok iddia ŞOK İDDİA...

“Rusiya əslində bunu gözləyib, amma...” - Antiterror tədbirləri ilə bağlı şok iddia

“Rusiya iki yüz ildən sonra Cənubi Qafqazı itirdi”.

 Bunu rusiyalı politoloq Stanislav Belkovski deyib.

Ekspert Rusiya Prezidenti Vladimir Putinin Ermənistandan çox Azərbaycan və Türkiyə ilə əlaqələrə üstünlük verdiyini söyləyib. O, bunu Ermənistanın mövcud hakimiyyətinin qərbpərəst olması ilə əlaqələndirib.

Belkovski hesab edir ki, Robert Köçəryan və ya Serj Sərkisyan (hərbi cinayətkarlar) Ermənistanda hakimiyyətdə olsaydı, Putinin bu ölkəyə münasibəti fərqli ola bilərdi.

Politoloq qeyd edib ki, Azərbaycanın son antiterror tədbirləri zamanı Rusiya Ermənistanın prosesə müdaxilə edəcəyini gözləyib.

“Kreml son hadisələrlə bağlı hesablamalarında Ermənistanın öz silahlı qüvvələri ilə Qarabağa müdaxilə edəcəyini düşünürdü ki, bu da Azərbaycana Ermənistan ərazisinə girmək üçün hüquqi imkan verəcəkdi. Kremlin hesablamaları özünü doğrultmadı. Rusiya isə Ermənistanı itirdi. Bütün hekayə budur. Biz iki yüz ildən sonra Cənubi Qafqazı itirdik”.

Ermənistan müxalifətinin İrəvanda təşkil etdiyi nümayişlərə toxunan Belkovskinin fikrincə, Paşinyanın devirməsi planı ictimaiyyət arasında o qədər də populyar deyil: “Nümayişlərin təşkilatçılarının bəlli proqramı, ümumiyyətlə, konkret fəaliyyət planı yoxdur”./Teleqraf






Fikirlər