“YA PUTİN OLACAQ, YA ONUN KİMİ BİRİSİ...” – Peskovdan Putinin namizədliyi ilə bağlı maraqlı açıqlama

Rusiyada gələn ilin martında keçiriləcək prezident seçkilərində hakimiyyətdə olan komandanın namizədi ya Vladimir Putin olacaq, ya da onun kimi birisi.

“AzPolitika.info” Rusiya KİV-nə istinadla xəbər verir ki, bu qəribə açıqlamanı Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov səsləndirib. 

Tələbə kanalı «MQİMO 360»a müsahibəsində Putindən sonrakı prezidentin kim olacağı sualına Peskov belə cavab verib: «Eyni adam. Ya da başqası, onun kimi birisi». 

Peskov qeyd edib ki, Putin hələ namizədlik fikrini bildirməyib. «Amma mən istərdim ki, o, bunu etsin. Şübhəm yoxdur ki, Putin namizəd olsa, qələbə qazanacaq, bizim yenə də Prezidentimiz olacaq», - deyə Kremlin sözçüsü vurğulayıb. 






Fikirlər