"Bir saniyə də itirmək olmaz...-Putinin növbəti hədəfi bu ölkə ola bilər..."

Rumıniya Baş Qərargahının rəhbəri gecikmənin təhlükələri barədə xəbərdarlıq edib...
 
"Qərbi Balkanlardakı gərginliyə məhəl qoyumasa və zəruri addımlar atılmasa, Rusiyanın, Putinin növbəti hədəfi Moldova ola bilər".
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bunu “Europa Libera”ya müsahibəsində Rumıniya Baş Qərargahının rəhbəri Vlad Georgitsa deyib.
Onun sözlərinə görə, Rusiya Ukraynada qalib gəlsə, Moldova növbəti “hədəf” ola bilər.
 
"Avropa Birliyinin bütün əhalisi kimi Rumıniya əhalisi də narahatdır. Əgər Rusiya Ukraynada qalib gəlsə, o zaman əsas hədəf Moldova olacaq. Qərbi Balkanlarda gərginliyin şahidi olacağıq. İnanıram ki, bir saniyə belə itirmək olmaz. Biz hərəkətə keçməli və hazır olmalıyıq", - deyə Georgitsa bildirib.
 
Bu arada Macarıstan və Rumıniya Ukrayna torpaqlarına iddia etdiyi məlumdur. Bunu  həmin ölkələrin ifrat sağ siyasətçiləri deyib.
 
Ekspertlər xatırladırlar ki, Rusiya Federasiyası artıq genişmiqyaslı işğal başlamazdan əvvəl Rusiya və Qərb arasında “Ukraynanın bölüşdürülməsi” ideyasını irəli sürmüşdü.
 
S.Laçın






Fikirlər