" Azərbaycanla dostluq şəraitində yaşamaq düşmən olmaqdan qat-qat sərfəlidir" - VİDEO - FOTO

"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı yayımlanıb.

AzerTaym.az Trend-ə istinadən xəbər verir ki, verilişin qonağı Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova olub.

"Ermənistanı yenidən müharibəyə sürükləməyə çalışan revanşist qüvvələrə "yox" demək lazımdır. Sülhün alternativi yoxdur. Sülh olmasa, deməli, daha bir münaqişə olacaq və bunun kimin qələbəsi ilə bitəcəyi, məncə, heç kimdə şübhə doğurmamalıdır", - o deyib.

Professor qeyd edib ki, Azərbaycan öz ərazilərini təkbaşına geri aldığı kimi, öz gücü ilə də bərpa edir.

"Bütün bunları görən qonşularımız anlamalıdır ki, bizə qarşı zorla və ya xaricdəki dostlarının köməyilə təsir etmək lazım deyil. Bu heç bir nəticə verməyəcək. Sadəcə hadisələrə real baxmaq və anlamaq lazımdır ki, Azərbaycanla dostluq şəraitində yaşamaq düşmən olmaqdan qat-qat sərfəlidir", - rektor deyib.

O, Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirdiyini, daha nüfuzlu dövlətə çevrildiyini, bütün dünyada getdikcə daha çox qəbul edildiyini vurğulayıb.

"Fransanın anti-Azərbaycan fəaliyyətinə baxmayaraq, ölkəmiz öz mövqeyini gücləndirir", - deyə o əlavə edib.

Verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırırıq:

 






Fikirlər