AŞPA təsdiqlədi – Vladimir Putinin həbsi üçün ...

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ukraynada hərbi cinayətlərə görə Rusiya Prezidenti Vladimir Putin və Rusiya hərbi komandanlığı üçün xüsusi tribunal yaradılması haqqında qətnaməni təsdiqləyib.

Medianews.az xəbər verir ki, bu barədə AŞPA bəyanat yayıb.

“AŞPA bu gün Strasburqda birgə müzakirələrdən sonra qəbul edilən üç qətnamədə Vladimir Putin və onun generallarını Ukraynaya qarşı təcavüzə görə məsuliyyətə cəlb etmək, Rusiyaya qarşı sanksiyaları gücləndirmək və onun Ukraynanın mədəni kimliyini silmək cəhdlərinə qarşı çıxmaq planlarını açıqlayıb”, – təşkilatın bəyanatında deyilir.

Təşlilat xüsusi tribunalın yaradılmasının cinayətlərə görə Rusiya rəhbərliyini mühakimə etmək üçün “hüquqi baza və siyasi legitimlik baxımından ən yaxşı variant” olduğunu bildirib.

Xüsusi tribunal Avropa Şurası ilə Ukrayna arasında razılaşma əsasında yaradılacaq. Hollandiya nümayəndələri belə bir tribunalın Haaqada keçirilməsini təklif ediblər. Bundan əlavə, AŞPA yenidən Rusiya aktivlərinin müsadirə olunmasını və Ukrayna üzrə Beynəlxalq Kompensasiya Fonduna köçürülməsini istəyib.
Parlament Assambleyası ayrıca bir qətnamədə Rusiyaya qarşı sanksiyalarda boşluqların aradan qaldırılması yollarını, o cümlədən “kölgə donanması” gəmilərinin siyahısına salınması və qadağan edilməsi, ixraca nəzarətin gücləndirilməsi və ana şirkətlərin törəmə müəssisələrinin hərəkətlərinə görə məsuliyyət daşıması yollarını təklif edib.

AŞPA üçüncü qətnaməsində Rusiyanın tarix dərsliklərini yenidən yazmaq, mədəni irsi məhv etmək və uşaqları “ruslaşdırmaq” kimi Ukraynanın mədəni kimliyini “silmək” üçün sistemli səylərini pisləyib.

Xatırladaq ki, 2023-cü ildə Mart ayında Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiya prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib.






Fikirlər