Daha bir partiya seçkidə iştirak qərarı verdi...
Gələcək Azərbaycan Partiyası (GAP) 2024-cü ilin sentyabr ayının 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak edəcək.
“AzerTaym.az” xəbər verir ki, Bu barədə qərar 8 iyul 2024-cü il tarixində Gələcək Azərbaycan Partiyası İdarə Heyətinin toplantısında qəbul edilib.
Partiyanın seçki dairələri üzrə namizədlərinin 17 iyuldan gec olmayaraq müəyyən edilməsi partiya Mərkəzi İcra Aparatına tapşırılıb.
Qeyd edək ki, Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğludur