10.01.2014 - Sabiqlər siyasətə "QRİP"-lə qayıdırlar?!

10.01.2014  -  Sabiqlər siyasətə "QRİP"-lə qayıdırlar?!Bu gün Gələcək Azərbaycan Partiyası (GAP) Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib.
AzerTaym.az bildirir ki, bu barədə modern.az-a partiyanın Təşkilat Komitəsinin sədri Ağasif Şakiroğlu məlumat verib. O bildirib ki, toplantıda ölkədəki ictimai-siyasi durum, vətəndaşların yeni yaradılan siyasi partiya ilə bağlı fikirləri geniş müzakirə olunub: “Eyni zamanda rayon təşkilat komitələrinin genişləndirilməsi və təsis konfransına hazırlıq məsələsi ətrafında geniş fikir mübadiləsi aparılıb. Toplantıda qərara alınıb ki, yanvarın 31-də təsis konfransı keçirilsin”.
GAP nümayəndəsi qeyd edib ki, keçiriləcək konfransda partiya təsisçilərinin adları açıqlanacaq. Qeyd edək ki, partiya təsisçiləri arasında sabiq millət vəkili Hüseyn Abdullayevin, eks-spiker Rəsul Quliyevin və keçmiş səhiyyə naziri Əli İnsanovun adları hallanır. Elə bu səbəbdən də partiyaya qeyri-rəsmi QRİP (Quska, Rəsul, İnsanov Partiyası) adı verilib.


P.S. Pah atonan,Biz də deyirik axı bu "BƏDBAXT" millət bu QRİPlərə belə tez-tez hardan yoluxyr!
Nəysə, MƏZƏNİZ OLSUN!!!






Fikirlər