“DƏNİZDƏ İNSAN HƏYATININ MÜHAFİZƏSİNƏ DAİR” Beynəlxalq Konvensiyaya əlavə və dəyişikliklər edilmişdir.

 "AzerTaym.az" Azərbaycan Dövlət Dəniz Adminstrasiyasının mətbuat xidmətinə istinadən bildirir ki.bu yaxınlarda Beynəlxalq Dəniz Təşkilatı tərəfindən qəbul edilmiş “DƏNİZDƏ İNSAN HƏYATININ MÜHAFİZƏSİNƏ DAİR” Beynəlxalq Konvensiyaya (SOLAS-74) və bir sıra Məcəllələrə əlavə və dəyişikliklər edilmişdir.

Beynəlxalq Dəniz Təşkilatının (BDT) Dəniz Təhlükəsizliyi Komitəsinin 93-cü sessiyasında MSC.365(93), MSC.367(93), MSC.368(93) və MSC.370(93) nömrəli Qətnamələri ilə “Dənizdə insan həyatının mühafizəsinə dair” 1974-cü il tarixli Beynəlxalq Konvensiyanın (SOLAS-74) II-1-ci və II-2-ci Fəsillərinə və adıçəkilən konvensiyanın II-2, III və VII Fəsilləri ilə məcburi hüquqi qüvvəyə malik olan “Yanğından mühafizə vasitələri haqqında” Beynəlxalq Məcəlləyə, “Xilasedici vasitələr haqqında” Beynəlxalq Məcəlləyə və “Sıxılmış qaz daşıyan gəmilərin inşası və avadanlıqlarına dair” Beynəlxalq Məcəlləyə əlavə və dəyişikliklər edilmiş və qeyd edilən əlavə və dəyişikliklərin 1 yanvar 2016-cı il tarixində qüvvəyə minməsi nəzərdə tutulmuşdur.

     Qeyd edilən dəyişikliklər əsasən, “Dənizdə insan həyatının mühafizəsinə dair” Beynəlxalq Konvensiyanın II-1-ci Fəslinin C Hissəsinin 29-cu qaydasında “Sükan qurğusuna olan tələblər”ə, II-2-ci Fəslinin A Hissəsində ümumi müddəalarda göstərilən tətbiqə və anlayışlara, “Yanğının və partlayışın qarşısının alınması” adlı B Hissəsinin “Alovlanma ehtimalı” adlı 4-cü qaydasına və inert qaz sistemləri və onların tətbiq edilməsi, kimyəvi maddələr və qaz daşıyan gəmilərin inert qaz sistemləri, inert qaz sistemlərinə olan ümumi tələblər, ekvivalent sistemlərə olan tələblər adlı bəndlərə aid edilmişdir.

     Həmçinin, adıçəkilən Konvensiyanın II-2-ci Fəslinin C hissəsinin 9-cu qaydasında yanğının yayılması, ventilyasiya sistemləri, ventilyasiya dəliklərinə və çıxışlarına olan tələblər, 36 nəfərdən çox və az sərnişin daşıyan gəmilərin ventilyasiya sistemlərinə olan tələblər, A kateqoriyalı daxili yanma mühərrikləri olan maşın bölmələrinə xidmət edən ventilyasiya otaqları, 36 nəfər sərnişin daşıyan gəmilərdə çamaşırxanaların yanğın təhlükəsiziliyinə və yanğınla mübarizəyə dair tələblərə müvafiq əlavə və dəyişikliklər edilmişdir.

     Eyni zamanda, qeyd edilən Konvensiyanın II-2-ci Fəslinin D hissəsinin 13-cü qaydasında qəza çıxışları və E hissəsində inert qaz sistemlərinin istismarı, G hissəsinin 20-ci qaydasında nəqliyyat vasitəsinin, xüsusi kateqoriya və ro-ro sahələrinin mühafizəsinə dair tələblərə düzəlişlər edilmiş və yük kimi yanacaq çənlərində sıxılmış hidrogen və ya təbii qaz daşıyan nəqliyyat vasitələrinə dair tələblər adlı yeni 20-1-ci qayda və bu qaydanın məqsədi və tətbiqinə dair bəndlər əlavə edilmişdir.

    “Xilasedici vasitələr haqqında” Beynəlxalq Məcəllənin “Fərdi xilasetmə vasitələri” adlı II Fəslinin 2.2.1.6-cı bəndinin düzəlişlər edilmiş yeni redaksiyasına əsasən Təşkilatın tövsiyələrinə uyğun olaraq ən azı 12 nəfərlə həyata keçirilən sınaqlarda böyüklər üçün nəzərdə tutulmuş xilasedici jiletlər dalğalanma olmadığı halda suda kifayət qədər üzmə və dayanıqlılıq qabiliyyətinə malik olmalıdır, eləcə də mövcud 2.2.1.8.3-cü bənddən sonra uşaqlar üçün nəzərdə tutulmuş xilasedici jiletlərin yalnız manekenlərdən istifadə edilməklə sınaqdan keçirilməsini nəzərdə tutan yeni bəndlər əlavə edilmişdir.

     “Yanğından mühafizə vasitələri haqqında” Beynəlxalq Məcəllənin 15-ci Fəsli üzrə dəyişikliklər anlayışlar, ümumi inert qaz sistemləri, təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar tədbirlər, inert qaz sistemlərinin ayrı-ayrı hissələri, xəbərdaredici vasitə və siqnalizasiya qurğuları, istifadə təlimatı, inert qaz generatoru və ya tüstü buraxma xüsusiyyətinə malik olan qazlardan istifadə etməklə işləyən inert qaz sistemləri və azot generatoru ilə işləyən inert qaz sistemlərinə dair tələblərə edilmişdir.

 

 

 

 






Fikirlər