Lukaşenko ilə küsülü olan Paşinyan onunla nədən danışıb - SENSASİYA

İrəvanla Minsk arasında münasibətlər son vaxtlar xeyli soyuyub. Kazanda keçirilən BRİKS sammiti çərçivəsində baş nazir Nikol Paşinyanla Belarus prezidenti Aleksandr Lukaşenkonun söhbət edərkən görüntülənməsi diqqət çəkib.

Ad - 00:15

 

Erməni mediası bildirir ki, “Mülki müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan parlamentdə keçirdiyi brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyanın “Mülki müqavilə” partiyası onun BRİKS sammiti çərçivəsində Belarus prezidenti Aleksandr Lukaşenko ilə nə haqda danışdığını bilmədiyini deyib.

Bundan əvvəl məlum olmuşdu ki, Paşinyan Belarusla münasibətlərin pisləşməsindən və Ermənistan rəsmilərinin Minskə səfərinə qadağa qoyulduqdan sonra ilk dəfə olaraq Lukaşenko ilə BRİKS sammiti çərçivəsində danışıb.

“Bildiyiniz kimi, BRİKS sammitində Belarus prezidenti də iştirak edib, biz dünən Paşinyan və Lukaşenkonun nə haqda danışdıqlarını bilmirik, lakin Belarusla münasibətlərdə heç nə dəyişməyib”, – Hovhannis deyib.

Lukaşenko ilə küsülü olan Paşinyan onunla nədən danışıb - SENSASİYA

İki ölkə rəsmiləri arasında gərginlik Belarus prezidentinin Qarabağ müharibəsinin nəticələri ilə bağlı səsləndirdiyi qiymətləndirmələrdən sonra yaranıb. Paşinyan daha sonra bildirib ki, Belarus lideri faktiki olaraq Azərbaycana yardım etdiyini etiraf edib və Aleksandr Lukaşenko orada prezident olaraq qaldığı müddətdə rəsmilərə Belarusa getməyi qadağan edib. Hətta iyun ayında iki ölkənin xarici işlər nazirlikləri arasında nota mübadiləsi də olub. Lukaşenkonun növbəti bəyanatından sonra avqust ayında Belarusun İrəvandakı səfirliyinin binasına pomidor və kartof atıblar./Musavat.com






Fikirlər