Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi ...
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülərə başsağlığı ünvanlayıb. AzerTaym.az bildirir ki, başsağlığında qeyd olunur: "21 yanvar tarixində, Bolu vilayətinin Qartalqaya dağ-xizək mərkəzinin otelində baş verən faciəvi yanğın nəticəsində 66 nəfər insanın həyatını itirməsi və çox sayda insanın xəsarət alması xəbəri bizi dərindən kədərləndirdi. Baş vermiş faciəyə görə Sizin, həlak olanların ailələrinin və yaxınlarının dərdlərinə şərik olur, xəsarət alanlara şəfa diləyir, Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin".