76 nəfərin öldüyü yanğına görə hotel sahibi saxlanıldı...

76-neferin-olduyu-yangina-gore-hotel-sahibi-saxlanildi

Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğınla bağlı saxlanılanların sayı 9 nəfərə çatıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, onlar arasında hotelin sahibi Halit Ergül də var.

Bundan əvvəl 4 nəfərin saxlanıldığı məlum idi.

Qeyd edək ki, Türkiyədə Halit Ergülün faciədən üç gün əvvəl ölkə mediasına verdiyi açıqlama diqqət çəkib. 

Belə ki, “DHA”ya danışan Ergül hotellərdə qonaqların qarşılanması üçün bütün hazırlıqların görüldüyünü, semestr tətili zamanı azı 50 min qonağın gözlənildiyini qeyd edib. 

Onun bu açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub və tənqid edilib. 

Onu da xatırladaq ki, yanğın nəticəsində 76 nəfər həlak olub. Hadisə ilə bağlı bu gün Türkiyədə matəm elan edilib






Fikirlər