Rüfət Səfərovun həbs müddəti uzadıldı...
Binəqədi Rayon Məhkəməsində ictimai fəal Rüfət Səfərov barəsində olan həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın vəsatətinə və prokurorluğun təqdimatına baxılıb. AzerTaym.az report-a istinadla xəbər verir ki, vəsatət təmin olunub və onun barəsində həbs qətimkan tədbirinin müddətinin mayın 3-dək uzadılması ilə bağlı qərar verilib. Rüfət Səfərov ötən il dekabrın 3-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2. (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və (221.1-ci xuliqanlıq), 127-ci (sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham olunur.