Məhkəmə Ələsgər Məmmədli barədə qərar verdi
Media eksperti, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəməyə daxil olan vəsatətə baxılıb. AzerTaym.az bildirir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, vəsatət təmin edilməyib.