Deputatların İLK TƏTİLİ
Ötən ilin noyabrın 1-də keçirilən parlament seçkiləri ilə formalaşdırılan beşinci çağırış Milli Məclisin deputatları ilk tətilə çıxıblar. Azərtaym.az report-a istinadən xəbər verir ki, yanvarın 1-dən tətilə buraxılıblar. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvarın 15-dək məzuniyyətdə olacaqlar. Qeyd edək ki, Nizamnaməyə əsasən, tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.