Oqtay Əsədov Milli Məclisin sədri seçildi
Hazırda V çağırış Milli Məclisin ilk iclası keçirilir. Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, parlamentin sədri vəzifəsinə deputat Oqtay Əsədovun namizədliyi irəli sürülüb. Oqtay Əsədov Milli Məclisin sədri vəzifəsinə onun namizədliyinin irəli sürülməsinə görə Yeni Azərbaycan Partiyasının sədrinə və partiya həmfikirlərinə minnətdarlığını bildirib.
Hesablayıcı Komissiyanın sədri İsa Həbibbəyli səsvermənin keçirilməsi qaydaları haqqında məlumat verib.
Hazırda Milli Məclisin sədri vəzifəsinə gizli səsvermə keçirilir.
***
Səsvermənin nəticələrinə əsasən Oqtay Əsədov yenidən Milli Məclisin sədri seçilib.