12.01.2014. - Milli Qvardiyanın keçmiş komandanı Fərəc Quliyevi itiham etdi

12.01.2014. -  Milli Qvardiyanın keçmiş komandanı Fərəc Quliyevi itiham etdiƏzizağa Süleymanov: “Yaxşı olardı ki, həmyerlisinin səhvi üzündən özünə qəsd etmiş Zaur Həsənovun faciəli həyat sonluğuna aydınlıq gətirsin”
Deputat Fərəc Quliyevin eks baş nazir Surət Hüseynov tərəfindən guya Qarabağ qazilərinin qorunması üçün xüsusi fond yaradılması barədə mətbuatda yayılmış informasiyalara aqressiv cavab verməsinə daha bir Qarabağ qazisi, Milli Qvardiyanın keçmiş komandanı polkovnik Əzizağa Süleymanov kəskin reaksiya bildirib.
AzerTaym.az onun açıqlamasını təqdim edir:
“Fərəc Quliyevin bu açıqlamasını mən bir Qarabağ müharibəsinin veteranı olaraq başa düşmədim. Deyək ki, Sürət Hüseynovu ölkə daxilində kimsə qəbul etmir, bunun xarici dövlətdə yaratdığı fonda nə dəxli var? Kiminsə öz vəsaitinə yaratdığı bir fondun köməkliyi ilə bir Qarabağ qazisi dərdinə müəyyən qədər dərman tapa bilirsə Allah yanında da bu savab bir işdir. Fərəc Quliyev bu gün millət vəkilidir. Yaxşı olardı ki, bir deputat kimi həmyerlisi tərəfindən hüquqları tapdalandığından canına qəsd etmiş Qarabağ qazisi Zaur Həsənovun faciəli həyat sonluğuna aydınlıq gətirsin. Dövlət qarşısında məsələ qaldırsın ki, bəlkə qazilər dövlət vəsaiti hesabına ailələrinin yaşayışını təmin edə bilsin. Ailə dolanışığı üçün dövlət məmurlarının ayağına getməsinlər.”






Fikirlər