ABŞ Konqresi Azərbaycana qarşı sanksiyalar tətbiq edə bilər.

ANS PRESS-in məlumatına görə, Nyu-York ştatından olan demokrat konqresmen Luiza Sloter və Nevada ştatından olan Co Hek Azərbaycana qarşı sanksiya haqqında qanun layihəsinə qoşularaq rəsmi Bakıya qarşı məhdudiyyətləri dəstəkləyiblər.

"Azərbaycanın demokratiya Aktı" qanun layihəsi 2015-ci ilin sonunda konqresmen və Helsinki komissiyasının sədri Kristofer Smit tərəfindən irəli sürülüb. Smit 1915-ci il qondarma erməni soyqırımının tanınması uğrunda çıxışlar edib.


Co Hek - konqresmen


Ötən ilin dekabrın 17-də ABŞ-ın Helsinki Komissiyasının rəhbəri, konqresmen Kristofer Smit Azərbaycana qarşı sanksiyalar layihəsi hazırlayıb. Bu layihə "Azərbaycan Demokratiya Aktı 2015" adı altında təqdim edilib. Layihәdә insan haqlarının durumu ilә bağlı Azәrbaycandakı bəzi rəsmi şəxslәrә ABŞ vizasının verilmәsinin dayandırılması ilə bağlı təklif də var idi.


Kristofer Smit - ABŞ-ın Helsinki komissiyasının sədri 


Lakin bu il yanvarın 21-də ABŞ prezidenti Barak Obama çıxış edərək ABŞ-ın Helsinki komissiyasının sədri Kristofer Smitin Azərbaycana qarşı sanksiyalarının tətbiqini nəzərdə tutan qanun layihəsinin qəbul olunmayacağını bildirib. 



Əslində, bu, gözlənilən idi. Çünki Azərbaycan-ABŞ tərəfdaşlığı mühüm strateji amillər üzərində qurulub. 

• Azərbaycanın Mərkəzi Asiyanı və Avropanı birləşdirən enerji tranzit məntəqəsi olması; 
• Azərbaycanın ABŞ ilə terrorizmə qarşı mübarizədə həmrəyliyi.

2011-ci ilin sentyabrından Azərbaycan terrorizmə qarşı mübarizədə ABŞ-la əməkdaşlıq edir. ABŞ-ın bir çox müttəfiqləri 2003-cü ildə İraqda müharibənin əleyhinə çıxsa da, Azərbaycan ABŞ təyyarələri üçün öz hava məkanından istifadəyə imkan yaradıb. Bu gün AzərbaycanƏfqanıstanda amerikalı hərbçilər üçün ərzaq, geyim və yanacağın üçdə bir hissəsini nəql edir. Bundan əlavə, Azərbaycan ABŞ-ın Xəzər hövzəsində terrorizmlə mübarizədə yeganə müttəfiqidir. 


Əfqanıstan və İraq