İLHAM ƏLİYEV İranda – HƏSƏN RUHANİ ilə görüşüb
Prezident İlham Əliyev İran dövlət başçısının dəvəti ilə bu ölkədə rəsmi səfərdədir. AzerTaym.az İran KİV-i istinadən xəbər verir ki, dövlət başçısını Mehrabad hava limanında İranın İnformasiya və Kommunikasiya Texnologiyaları naziri Mahmud Vaezi qarşılayıb. İran dövlət başçısı prezident İlham Əliyevi Sadabad sarayında qəbul edəcək. Qeyd edək ki, bu, Həsən Ruhaninin prezidentlik dövründə İlham Əliyevin İrana ikinci səfəridir. *** İran prezidentinin rəsmi saytının yazdığı məlumata görə, artıq hər iki ölkə liderinin görüşü başlayıb.