Müdafiə nazirinin rəhbərliyi ilə xidməti müşavirə keçirilib
Martın 26-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirin müavinləri, Silahlı Qüvvələr və qoşun növü komandanları, eləcə də birlik komandirlərinin iştirakı ilə xidməti müşavirə keçirilib.
Müşavirədə cari vəziyyət təhlil edilərək konkret tapşırıqlar qoyulub.
Müdafiə naziri qoşunların döyüşə hazırolma səviyyəsinin təftiş edilməsi və hərtərəfli yoxlanılmasına dair Baş Qərargaha müvafiq tapşırıq verib.
Günün şəhid xəbəri-Azərbaycan ordusu şəhid verdi
Bu gün Azərbaycan ordusunun hərbi qulluqçusu şəhid oldu. Qoşunların təmas xəttində martın 25-də qoşunların təmas xəttində işğalçılarla döyüşdə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu kiçik çavuş Abbaszadə Elşad Raquf oğlu həlak olub.
Düşmən təxribatının qarşısı alındı-Canlı qüvvə və hərbi texnikası məhv edildi
Silahlı Qüvvələrimizin bölmələri tərəfindən martın 26-da qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinə məxsus canlı qüvvə və hərbi texnika məhv edilib.
Müdafiənin ön xəttində yerləşən bölmələrimizin açdığı sərrast atəşlə elə ilk mərmilərlə düşmənin hərbi nəqliyyat vasitələri və mövqeləri sıradan çıxarılıb.
Müdafiə Nazirliyi bir daha bildirir ki, Silahlı Qüvvələrimiz düşmənin mülki deyil, yalnız hərbi obyektlərini hədəfə alır. Qarşı tərəf isə həmişə olduğu kimi yenə də öz itkilərini ictimaiyyətindən gizlədir.
Ermənilər itkilərini gizlədir
Qarşı tərəf isə həmişə olduğu kimi yenə də öz itkilərini ictimaiyyətindən gizlədir. Düşmən tərəfi həmişə olduğu kimi öz döyüş itkilərini qəsdən gizlədir, müxtəlif adlar altında ictimaiyyətinə çatdırmaqla çaşqınlıq yaradır. Erməni tərəfi Ermənistandan gətirilən əsgərlərin işğal olunmuş ərazilərimizdə ölməsini açıqlamaq məcburiyyətində qalsa da, Dağlıq Qarabağdan çağırılanların, muzdlu kimi fəaliyyət göstərənlərin ölüm hallarını məharətlə gizlədir və öz xalqını aldadaraq yanlış fikir formalaşdırırlar. Həqiqətdə isə düşmən tərəfinin həm döyüş, həm də qeyri-döyüş itkiləri həmişə xeyli sayda olur. Bu gün də baş verən insidentdə təlafat çox olduğundan və qarşı tərəf ölənlər barədə xəbərləri gizlədə bilməyəcəklər. Çox güman ki, baş vermiş hadisənin təfərrüatları barədə əlavə məlumatları da erməni ictimaiyyətindən gizlətməsi mümkün olmayacaq.
Xatırladaq ki, son günlər erməni silahlı bölmələrinin işğal altındakı ərazilərdə itkiləri artsa da, kriminal rejim bunu əhalidən gizlətməyə çalışır.
Ermənistan darmadağın ediləcək, Qarabağ geri alınacaq...
Bir müddət bundan qabaq Rusiyanın Hərbi və Siyasi Analiz İnstitutunun direktor müavini Aleksandr Xramçixin öz analizində Ermənistanın Azərbaycan Ordusu tərəfindən darmadağın olunacağı ilə bağlı proqnoz vermişdi. Onun məqaləsini hərbi tematika üzrə ixtisaslaşmış VPK-News.ru (Voenno-promışlennıy kuryer) saytı dərc etmişdi.
Ekspert "Suallarla dolu forpost” məqaləsində yazmışdı ki, Ermənistan ordusu hazırda Cənubi Qafqaz respublikaları arasında ən az hərbi texnikaya malik bir ordusuna aiddir, işğal altındakı Qarabağda nə qədər hərbi texnikanın və canlı qüvvənin dislokasiya olunduğu haqda dəqiq məlumat yoxdur.
Lakin tendensiya Ermənistan üçün əlverişli deyil. Azərbaycanın iqtisadi göstəriciləri qat-qat yaxşıdır, sürətlə silahlanır və hazırda havada Ermənistan üzərində əzici üstünlüyə malikdir.
"Bu zaman Ermənistanın hərbi baxımdan tamamilə darmadağın edilməsi, bütün ərazisinin işğal olunması və təbii ki, Qarabağın da birdəfəlik itirilməsi təhlükəsi meydana çıxacaq”-Xramçixin yazıb.
Müəllifə görə hərbi qarşıdurma zamanı İrəvan üçün seçim olduqca mürəkkəb olacaq, ancaq bu seçimdən yaxa qurtarmaq da asan deyil”-Xramçixin qeyd edib.
Əməlyyatlar başlaya bilər-Müharibə bitməyib
Son günlər təmas xəttində ordumuzun verdiyi şəhidlərin qanı yerdə qalmayıb. Azərbaycan Ordusu düşmənə çox böyük zərbə vurub, onlarla işğalçı məhv edilib. Baxmayaraq ki, Ermənistanın hərbi xuntası bunu ictimaiyyətdən gizlədir.
"Çağırışlar edilir. Böyük dövlətlərin başçıları açıq bəyanatlar verirlər ki, müharibə olmasın. Yaxşı, biz də istəmirik müharibə olsun. Amma gəlin, bunu həll edin. Bu sizin imkanınızdadır. Ermənistan asılı bir dövlətdir. Ermənistan öz hesabına yaşaya bilməz. Bu asılı olan dövlətə deyilə bilər ki, çəkil bu torpaqlardan. Bu nahaq işdir. Sən beynəlxalq hüququ, ədaləti pozursan. Amma deyilmir. Deyilir ki, gedin razılaşın. Amma necə razılaşaq ki, onlar torpaqlardan çıxmaq istəmirlər. Ermənistanın havadarları, onlara ən çox dəstək verən dairələr, xarici ölkələrin dairələri, o cümlədən erməni diasporu başa düşməlidirlər ki, bu gün Ermənistan üçün çox böyük problemlər yarana bilər. Biz heç vaxt Azərbaycan torpağında ikinci qondarma "erməni dövləti”nin yaradılmasına imkan verməyəcəyik, öz ərazi bütövlüyümüzü bərpa edəcəyik”.
"Müharibə bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Ancaq ikinci mərhələ də başlana bilər. Heç kim bunu istisna edə bilməz”. Bu ifadələri bir müddət bundan əvvəl Ali Baş Komandan İlham Əliyev səsləndirib...
Putinin köməkçisi Qarabağa görə "tərəflərdən birini” günahlandırdı
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov "TVS” telekanalına müsahibəsində maraqlı müsahibə verib. "Hələlik fəxr olunası heç nə yoxdur, ancaq yeganə çıxış yolu ATƏT-in Minsk Qrupunun Yerevan üçün də, Bakı üçün də münbit şərait yaratmasıdır”-Peskov deyib.
Münaqişənin nizamlanmasına müntəzəm olaraq "tərəflərdən birinin qeyd-şərtsiz mövqeyi, habelə situasiyanın həlli üçün güc tətbiqinə hazır olduğunu nümayiş etdirməsi” maneçilik törədir deyən Peskov hansı tərəfi nəzərdə tutduğunu dəqiqləşdirməyib. Daha doğrusu, daşın hara atıldığı bilinsə də, konkret ad çəkməkdən imtina edən Putinin mətbuat katibi Peskovun atdığı da, tutduğu da məlum...Və bir də...o məlumdur ki...
Müharibə başlayacaq! Bu mütləq olacaq! Ermənistan darmadağın olacaq! Bu qaçılmazdır!