Lavrov-Tillerson görüşü baş tutmadı - Eyni OTELDƏ yerləşsələr də…
«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Ədis-Əbəbədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Reks Tillerson eyni oteldə yerləşsələr də, onların arasında gözlənilən görüş baş tutmayıb. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabovun məlumatına görə, indi diplomatlar dialoq üçün başqa imkanlar arayacaqlar.
Bir neçə gün bundan əvvəl Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) xəbər vermişdi ki, Birləşmiş Ştatlara Efiopiyada Lavrovla Tillerson arasında danışıqların təşkil olması təklifini irəli sürüb. Amma Vaşinqtonda bu bapədə heç bir bildiriş almadıqlarını deyiblər.