Tillerson Putinlə MÜNASİBƏTLƏRİ HAQDA: “Kremldə ONA DEDİM Kİ...”
ABŞ dövlət katibi Reks Tillerson ölkəsinin ABŞ-a qarşı yeni sanksiyaları gözdən keçirdiyini bildirib. AzerTaym.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət katibi Rusiyanın başqa ölkələrə silah satışına müəyyən qadağalar qoyduğunu da deyib. “Rusiyanın silah ixracına müəyyən qadağalar qoymuşuq. Bundan başqa, daha bir neçə şəxsə qarşı da sanksiyalar həyata keçiriləcək”. Tillerson uzun illər Putinlə şəxsi tanışlığının olmasını və dövlət katibi təyin olunduqdan sonra münasibətlərinin dəyişdiyini vurğulayıb. “Mən Putinə dedim ki, Amerika xalqını təmsil edirəm. Düşünürəm ki, bunu şəxsi görüş zamanı deməyim vacib idi. Və düşünürəm ki, o məni düzgün anladı”. Reks Tillerson 2013-cü ildə Putinin əlindən “Dostluq” ordeni almışdı. 2017-ci il fevralın 1-dən dövlət katibi kimi xidmətə başlayan Tillerson Putinin tənqiqi ilə üzləşmişdi. Rusiya prezidenti onu Rusiya ilə əməkdaşlıqdan qaçmaqda ittiham edərək, “pis oğlanların” təsirinə düşdüyünü ehtimal etmişdi.