ABŞ kürd referendumunun nəticəsini TANIMADI
ABŞ İraqın kürd muxtariyyətində keçirilmiş referendumun nəticələrini tanımayacaq. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib. “ABŞ İraqın vahidliyi və ərazi bütövlüyü dəstəkləyir. Biz İraqın qonşuları daxil olmaqla, bütün tərəfləri birtərəfli addımlar atmaqdan və gücdən istifadə etməkdən çəkinməyə çağırırıq”, R.Tillerson qeyd edib. İraqın şimalındakı kürd muxtariyyətində sentyabrın 25-də müstəqillik referendumu baş tutub. Səsvermədə iştirak edənlərin 92,73%-nin müstəqilliyin lehinə səs verib