Saakaşvilidən Poroşenkoya BARIŞIQ TƏKLİFİ
Odessa vilayətinin keçmiş qubernatoru və Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenko ilə barışır. AzerTaym.az xarici mediya istinadən xəbər verir ki, Mixail Saakaşvili bu istəyini Pyotr Poroşenkoya ünvanladığı məktubda ifadə edib. Məlumata görə, Saakaşvilinin “Yeni qüvvələr hərəkatı” partiyası isə onun dövlət başçısına məktub yazmasından xəbərsiz olduqlarını bildiriblər. Qeyd edək ki, bu gün Saakaşvili mediaya açıqlamasında Ukraynanın bütövlüyünü qoruyub saxlamaq üçün Pyotr Poroşenko ilə razılığa gəlməyin lazım olduğunu bildirmişdi.