Vəzirov 19 YANVARda Bakını necə TƏRK EDİB - şahidlər danışır

Image result for VƏZİROV 20 YABVAR

Pənah Hüseyn: “O, hərbi müşayiətlə Moskvaya gedib”; Nemət Pənahlı: “Həmin an başa düşdüm ki, artıq Vəzirov işdən götürülüb

1990-cı ilin 20 yanvarında Bakıda baş verən faciənin ildönümü yaxınlaşdıqca hər il olduğu kimi hadisə ətrafında yeni-yeni müzakirələr açılır. Həmin dövrdə proseslərin içərisində olan şəxslərin bu il də verdiyi açıqlamalar ciddi gündəm olur.

Son olaraq, Azərbaycanın sabiq prezidenti, 20 Yanvar faciəsi törədilən vaxt baş nazir funksiyasını daşıyan Ayaz Mütəllibovun teleqraf.com-a verdiyi geniş müsahibə bir sıra suallar yaradıb. Xüsusilə onun faciə ərəfəsində Azərbaycan Mərkəzi Komitənin birinci katibi olan Əbdülrəhman Vəzirovun ölkəni necə tərk etməsi barədə jurnalistin suallarına verdiyi cavablar hər kəsin marağına səbəb olub. A.Mütəllibovun fikirlərinə istinadən deyə bilərik ki, o, baş nazir olsa da, Vəzirovun ölkəni tərk etməsindən xəbərsiz olub, bunu yalnız 19 yanvar gecəsi bilib. Sabiq prezident bildirib ki, artıq xəbəri alanda Vəzirov Moskvada imiş. O, həmin günlərdə ölkəyə idarəçiliyin tamam itdiyini, Vəzirovdan Azərbaycanı hansı yollarla tərk etdiyini heç vaxt soruşmadığını bildirib.

O zaman hər kəsdə bir sual yaranır, Vəzirov Bakını  necə tərk edib?

Pənah Hüseyn ile ilgili görsel sonucu

O zaman AXC liderlərindən olan, sabiq baş nazir Pənah Hüseyn “Yeni Müsavat”a açıqlamasında Vəzirovun Azərbaycanı necə tərk etməsi barədə konkret məlumatının olmadığını bildirdi: “Bunu onun özü və o zaman rəhbərlikdə olan şəxslər bilə bilərlər. Amma o vaxt Moskvadan Azərbaycana gələn şəxslər var idi. Onların sonralar verdikləri müsahibələrdə və yazdıqları memuarlarda bu barədə məlumatlar gedib. Həmin məlumatlarda, o cümlədən o vaxt DTX sədri olan Vaqif Hüseynov, Primakov, Yazov və digər şəxslərin xatırlanmasına görə, o, yanvarın 20 və ya 21-i günü hərbi müşayiətlə Moskvaya gedib. Ən azından ayın 20-də gündüz Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin hadisə ilə bağlı Büro iclasında iştirak etməyib. Ən dəqiqini Vəzirov və onu buradan aparan şəxslər bilə bilərlər. Sadəcə, dediyim kimi, onun 20 yanvar günü iclasda iştirak etmədiyi barədə məlumat var. Əslində 20 yanvar günü hadisələr səngiməmişdi və davam edirdi. Belə bir məlumat da var ki, həmin gün Yusif Məmmədov, Ayaz Mütəllibov, Vəzirov və Həsən Həsənov Mixail Qorbaçovla Moskvada görüşüblər. Bu dediklərim müsahibələrdə və yazılanlarda deyilənlərdir”.

İlgili resim

Milli azadlıq hərəkatının öncül isimlərindən olan Nemət Pənahlı sabiq prezidentin fikirlərinə münasibət bildirməklə yanaşı, onu top atəşinə tutdu: “Vəzirovun ölkədən necə getdiyi, hansı yollarla ölkəni tərk etdiyi barədə heç nə deyə bilmərəm. Çünki informasiyam yoxdur. Sadəcə olaraq, faciə günlərində mən dəqiq bilirdim ki, Vəzirov ölkədə deyil. Həmin vaxt Moskvadan Primakovun rəhbərliyi ilə nümayəndə heyəti gəlmişdi. Milli azadlıq hərəkatının rəhbəri kimi mən və AXC-nin İdarə Heyəti danışıqlar üçün Mərkəzi Komitəyə dəvət olunmuşduq. Dəqiq yadımdadır ki, danışıqlar yanvarın 17-dən başladı. O danışıqlarda Vəzirov yox idi. Birinci şəxsin iqamətgahında danışıqlar Moskvadan gələn şəxslərlə gedirdi, amma birinci şəxs yox idi. Mən həmin an başa düşdüm ki, artıq Vəzirov işdən götürülüb. Onun üçün də danışıqlarda olmadığı güzgü kimi hər kəsə aydın idi. İki günlük danışıqlarda müşahidə edirdim ki, Vəzirov yoxdur və rəhbərlikdə təmsil olunanlar nə etmək istəyirlər. Bu danışıqlardan qəti şəkildə Vəzirovu Mütəllibovun əvəzlədiyinə əmin oldum. Həmin günlərdə milli azadlıq hərəkatı liderləri olaraq, Azərbaycanı qan içərisində boğmaq üçün xüsusi planların hazırlandığını görməmək mümkün idi, biz həm Qarabağı qorumalı idik, həm də xalqı. Həmin vaxtı qəti şəkildə qərar gəlmişdim ki, baş verə biləcək hadisələrin qarşısını almağın bir yolu var, onları girov götürmək. Ona görə də ikinci görüşdə tam şəkildə hazırlaşdım və qumbara, silahla görüşə girdim. Onların hamısını girov götürməyi qarşıma məqsəd qoymuşdum. Orada mənə məlum oldu ki, Rəhim Qazıyevin də üstündə silah var. Orada Primakovla bilərəkdən söhbəti gərginləşdirdim. Bayıra Rəhim Qazıyevlə siqaret çəkməyə çıxanda ondan silahını mənə verməyi xahiş etdim. Rəhim sağdır, kim istəsə bunu soruşa bilər. O başa düşdü ki, mən nə etmək istəyirəm.

Mənə and verdi ki, sən bunu etsən, Azərbaycanı qan içərisində boğacaqlar. Bilirdim ki, onların qarşısını almağın başqa yolu yoxdur. Nə qədər çalışsam da, Rəhim imkan vermədi. Ən böyük səhvlərimdən biri bu oldu ki, Ayaz Mütəllibov və Primakovu girov götürmədim, tarixi səhvə yol verdim. Danışıqlardan bitəndən sonra, Ayaz Mütəllibovun artıq rəhbər olduğunu bilə-bilə görüşdən çıxanda görüşüb ayrılanda onun əlini əlimdə saxladım və dedim ki, məni tanıyırsan? Dedi ki, səni kim tanımır ki. Ona açıq şəkildə dedim ki, artıq Moskvanın səni Vəzirovun yerinə gətirdiyi görünür. Nə etmək istədiyini bizə deməyi ondan tələb etdim. Ona onu da dedim ki, nəsə etsən, dünyanın harasında olursan ol, cəzan veriləcək. Təsəvvür edin ki, bəlkə səhərə qədər onun  kabinetində oturduq. SSRİ-də ən satqın rəhbərlik Azərbaycanda idi. Çünki heç bir sovet respublikasındakı rəhbərlik bunlar qədər xalqına xəyanət etməmişdi. Ayaz Mütəllobov  elə bilir ki, onun tarixi xəyanətini bu xalq unudub. İstiqlal savaşı aparanlar Vəzirov və Mütəllibov kimilərin xəyanətini unutmayıb, unutmayacaq da”.

(musavat.com)






Fikirlər