Zakir Qaralovun təqaüdə göndərdiyi PROKROR narazılıq ETDİ

Zakir Qaralovun təqaüdə göndərdiyi prokuror narazılıq etdi

“Təqaüd yaşındayam. Bu yaşda olan adam nə işlə məşğul olmalıdır ki! Evimdə oturmuşam, nəvərlərlə vaxt keçirirəm”. 

"AzerTaym" xəbər verir ki, bunu Modern.az-a açıqlamasında xalq şairi Bəxtiyar Vahabzadənin oğlu, keçmiş prokuror Azər Vahabzadə deyib.

Azər Vahabzadə mətbuatın onunla maraqlanmasına etiraz edib.

“Nəyə görə mənim nə işləsə məşğul olmağımla bu qədər maraqlanırsız? Bu kimə lazımdır?! Qanunvericiliyin tələblərinə uyğun olaraq təqaüd vaxtımı yaşayıram. Bu yaşda ən yaxşı iş dincəlməkdir. Ona görə də mənim hansısa məşğuliyyətimin heç kimə aidiyyatı yoxdur. Həmçinin, məndən maraqlı və tanınmış insanlar var. Onların müsahibəsi, açıqlamaları daha çox lazımdır. Nə özüm, nə də başqaları haqqında danışmaq fikrim var”.

Qeyd edək ki,  bu ilin aprelində  baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Qobustan rayon prokuroru Azər Vahabzadə vəzifəsindən azad edilməklə təqaüdə göndərilib.






Fikirlər