Belarusun mövqeyi Ermənistanı ŞOKA saldı

Belarusun mövqeyi Ermənistanı şoka saldı

Belarusun İrəvandakı səfiri Ermənistan XİN-ə dəvət olunub. 

AzerTaym.az xəbər verir ki, rəsmi Minskin Qarabağda baş verənlərə obyektiv münasibəti Ermənistan rəhbərliyini şoka salıb. 

Ermənistanın xarici işlər nazirinın müavini Şavarş Koçaryan Belarusun İrəvandakı səfiri İqor Nazaruka öz rəhbərliyinin narahatlığını ifadə edib.

Koçaryan belaruslu səfir ilə görüşündə rəsmi Minskin Azərbaycanı dəstəklədiyini heç cür başa düşmədiklərini bildirib. Daha sonra Belarus səfirinə ölkəsinin obyektiv mövqeyinə görə Ermənistanla əlaqələrinin pisləşə biləcəyi də xatırladılıb.

Xatırladırıq ki, Ermənistala əlaqələrdən heç nə qazanmayan və itirməyən Belarus Respublikasının Azərbaycanla geniş siyasi və iqtisadi əlaqələri var. Ölkələrimiz arasında çoxmilyardlı investisiya layihələri və böyük həcmli ticarət dövriyyəsi mövcuddur.






Fikirlər