07.02.2014. - R.Mehdiyevdən məmurlara sərt MESAJ
AzerTaym.az-ın məlumatına görə, bu fikirləri Prezident Adminstrasiyanın rəhbəri Ramiz Mehdiyev özünün facebook səhifəsində bildirib.
PA rəhbəri qeyd edib ki, Azərbaycan Respublikasının müasir dövlətçilik fəlsəfəsi dövlət qulluqçusundan Vətən qarşısında öz məsuliyyətini daha dərindən dərk etməyi tələb edir:
“Cənab Prezidentin ötən gün Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda növbəti dəfə bəyan etdiyi mühüm prinsiplər hər bir dövlət qulluqçusu üçün başlıca həyat kredosuna çevrilməlidir. Cənab Prezidentin söylədiyi kimi, “Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır. Heç bir xarici dairənin təsiri altına düşməməlidir. Bax, budur əsas prinsiplər.”