“Azərbaycanda QIZINI QUMARDA uduzan atalar var” Ombudsman-ŞOK

 “Azərbaycanda qızını qumarda uduzan atalar var” -

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ölkədə qeydiyyatsız nikahlarının sayının artmasından ciddi narahat olduğunu deyib.

Apa-nın məlumatına görə, bu gün Milli Məclisdə keçirilən “Ailə institutunun formalaşmasında adət-ənənələrimizin rolu” adlı tədbirdə çıxış edən E. Süleymanova bildirib ki, Azərbaycanda qeydiyyata alınmayan nikahların sayı getdikcə artır: “Bu hal kəndlərdə və rayonlarda daha çox olur. Kimisə zorla ərə verirlər, nəticədə ortaq məxrəcə gələ bilmirlər, ciddi problemlər ortaya çıxır. Bütün bunlar ailə institutunun formalaşmasına əngəl olur”.

Onun sözlərinə görə, ailələrin dağılması ilə nəticələnən səbəblərdən biri də narkomaniya və qumar aludəçiliyidir: “Son vaxtlar bizə ərizələrlə müraciət edirlər ki, qumar oyununda qızını uduzan atalar peyda olub”.

Ombudsman Azərbaycanda əxlaqsızlıq yuvalarının çoxluğundan da şikayətlənib: "Ailə institutunun dağılmasında bunun da xüsusi rolu var. Qızlara ailədə ayrı-seçkilik çox qoyulur. Nə qədər bunu inkar etsək də, reallıq belədir. Ana bətnində olanda dölün cinsini müəyyən etmək mümkündür. Ailə övladın qız olduğunu biləndə onu tələf etdirir. Statistik rəqəmlərə nəzər yetirdikdə görərik ki, dünyaya gələn körpələr arasında qızların göstəricisi 46, oğlanların sayı isə 54 faiz təşkil edir. Bu da böyük demoqrafik dəyişikliklərə səbəb olur". 






Fikirlər