Dəmirtaş Ərdoğana 20 MİN TƏZMİNAT ÖDƏYƏCƏK...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaşı onu 2015-ci il iyulun 28-də toplantıda təhqir etdiyinə və yersiz ittihamlara görə məhkəməyə verib.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ankara Hüquq Məhkəməsində keçirilən davaya Ərdoğanın vəkilləri Hüseyn Aydın və Muammer Camaloğlu, Dəmirtaşın isə vəkili Mahsuni Qaraman qatılıb.
Hakim Ayşə Şulə Yıldırım Dəmirtaşın prezidentə 20 min lirə mənəvi təzminat ödəməsinə qərar verib.
AzerTaym.az






Fikirlər