MİLLİ MƏCLİS DƏRS BURAXMAGA görə cəriməni ləğv etdi
Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsinin 189.2-ci maddəsinin ləğv edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.
Orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlər və ya onları əvəz edən şəxslər yüz manat məbləğində cərimə edilməyəcək.
Həmin maddə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi оrta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlərin və ya onları əvəz edən şəxslər yüz manat məbləğində cərimə edilməsini nəzərdə tutur.
Məcəlləyə dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.