Nazirin çıxışı zamanı ŞÖBƏ MÜDİRİ ÖLDÜ
Ötən gün Şəkidə şəhərin Türk dünyasının paytaxtı seçilməsi münasibətilə keçirilən tədbirdə xoşagəlməz hadisə baş verib Ölkə.az-ın məlumatına görə, tədbirin bədii hissəsi zamanı Qax rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Nəzir Omarov qəflətən dünyasını dəyişib. Hadisə nazir Əbülfəs Qarayevin çıxışı zamanı baş verib. Qarayev "orada kiminsə halı pisləşib kömək edin" deyərək nitqini davam etdirib. Sonradan məlum olub ki, Omarov vəfat edib. Ancaq buna baxmayaraq konsert proqramı ssenari üzrə davam etdirilib. Qeyd edək ki, N.Omarov 1954-cü ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olub. 2006-cı ildən ömrünün sonunadək Qax rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsində çalışıb, 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar Mədəniyyət İşçisi" adına layiq görülüb.