Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Süməyyə Ərdoğan ilə iş adamı Səlcuq Bayraqdarın Küçükçekmece Halqalıdakı “Yahya Kamal Beyatlı” Sərgi Mərkəzində nikah mərasimi baş tutub.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, nikah mərasimi “Quran” tilavətiylə başlayıb. Cütlüyün nikah şahidləri arasında baş nazir Əhməd Davudoğlu, Türkiyənin 11-ci prezidenti Abdullah Gül də olub. Nikah haqda sənədi Süməyyəyə Abdullah Gül təqdim edib.
Daha sonra qonaqlar Süməyyə Ərdoğan və Səlcuk Bayraktarın şəkillərindən ibarət slayd-şounu izləyib. Mərasimdə prezident Ərdoğanın Abdullah Gül və Əhməd Davudoğlu ilə qucaqlaşması alqışlarla qarşılanıb.
Qeyd edək ki, prezident və ailəsi mərasimə helikopterlə gəlib. Süməyyənin toyu üçün Türkiyənin əsas yolları bağlanıb və ciddi təhlükəsizlik tədbirləri görülüb.
Fikirlər