Mikayıl İsmayılovun ŞİN biznesindəki yaxın ADAMI kimdir?

Mikayıl İsmayılovun şin biznesindəki yaxın adamı kimdir?

Sumqayıt Baş Gömrük İdarəsinin rəisi Vəzir Həsənov rüsumdan yayınmaqda Xaliq Abbasova kömək edir?

Azərbaycanda bir sıra sahələrin inhisarda olması, bəzi sahibkarların hansısa əlaqələrə görə "xüsusi status” qazanaraq monopolistə çevrilməsi cəmiyyətdə heç kimə sirr deyil. Bu işbazlar bəzi dövlət sifarişləri və tender icralarında da ortaya çıxır, müəyyən himayədarların yardımıyla milyonlarla vəsait qazanırlar. Bu qazanc qanuni yollarla olsa, dövlətə də vergi verilsə, dərd yarıdır… Lakin təəssüflər olsun ki, daha artıq qazanmaq ehtirası bir sıra iş adamlarını müxtəlif maxinasiyalara, çirkin oyunlara sövq edir. Bu işdə də istər gömrük orqanlarında, istərsə də başqa dövlət strukturlarında özlərinə yetərincə "ortaq” tapa bilirlər.

Biz də vaxtaşırı olaraq bu cür halları tənqid etmiş, ayrı-ayrı faktları üzə çıxararaq, qanunsuz əməlləri ifşa etmişik. Son zamanlarda SOCAR vitse-prezidenti Mikayıl İsmayılovla və onun protejesi Ceyhun Canıyevlə bağlı Qafqaz Xəbər Agentliyinin apardığı araşdırmalar geniş rezonansa səbəb olmuşdu.

Müraciət edən gənc iş adamı Samir Verdiyev bildirmişdi ki, M.İsmayılovun "sağ əli” Ceyhun Canıyev ondan böyük məbləğdə pul alaraq, onu SOCAR-dakı tenderlərə salacağını vəd edərək aldadıb, aldığı 365 min manat puldan 115 min manatı hələ də qaytarmayıb. Bundan sonra Qafqaznews.az-ın araşdırmaları nəticəsində məlum oldu ki, M.İsmayılovun sabiq iş ortaqları tərəfindən açılan məhkəmə iddialarında cavabdeh şəxslər olaraq Şamaxılı iş adamı Əmir Bəkirov, Müşfiq İsmayılov (SOCAR vitse-prezidentinin qardaşı) və Vaqif Canıyev (Ağsunun sabiq bələdiyyə sədri, Ceyhunun atası) göstərilib. Bu isə M.İsmayılova məxsus olan şirkətlərin məhz bu şəxslərin adına keçirilməsi barədə bəzi şübhələr yaradır.

Xatırladaq ki, Ceyhun Canıyevdən şikayətlər, SOCAR vitse-prezidenti və onun yaxın ətrafı ilə bağlı yazılar gedəndən sonra, Ceyhun Caniyev DİN Baş MCMİ-nin əməkdaşları tərəfindən həbs olunub. Onun barəsində 3 aylıq həbs qətiimkan tədbiri seçilərək Az. Res. CM-nin 178-ci maddəsi ilə cinayət işi açılıb. Bütün bunlar onu göstərir ki, Mikayıl İsmayılov ictimaiyyətə bu işdən xəbəri olmadığını sübut etmək, Ceyhun Canıyevi isə "dələduzluq” ittihamı ilə qurban vermək niyyətindədir.

Aprelin 20-də saytımızda M.İsmayılovun çevrəsində olan daha bir iş adamı, "Araz İstilik Servis Xidmətləri” MMC-nin "Azəriqaz”ın layihələrində subpodratçı olması və "Global Services” MMC-yə verilən tender layihələrinin "ikinci əl” icraçısı kimi fəaliyyət göstərməsi ilə bağlı məlumat dərc olunmuşdu. Mayın 14-də isə Qafqaznews.az-a məlumat daxil olub ki, M.İsmayılov Ceyhun Canıyevi qurban verdikdən sonra sığortalanmaq məqsədi ilə öz ətrafında "kadr islahatları” apararaq, Ədalət Abbasovu irəli çəkib. Bu günlərdə adı Mikayıl İsmayılovun biznes şəbəkəsində hallanan daha bir iş adamı – Xaliq Abbasov haqqında məlumatlar daxil oldu.

Mənbə bildirir ki, "Şurataz LTD”nin rəhbəri Xaliq Abbasov Mikayıl İsmayılovla yaxın dost olduğu üçün iki ildir SOCAR-ın nəqliyyat idarəsinə baha qiymətə şin satır, nəticədə milyonlarla manat pul qazanır.

Qeyd edək ki, şirkətin rəsmi saytı "shurataz.az”da şirkətin sahibi Xaliq Abbasov haqqında heç bir məlumat yoxdur. "İki ildir SOCAR-ın Nəqliyyat İdarəsini müxtəlif avtomobil şinləri ilə təmin edən "Şurataz LTD” əslində, məhsulu dövlətə 80-100 faiz baha qiymətə satır. Məsələn, 315-80R-22,5 ölçülü şinin bazar qiyməti 300 manatdır, lakin bu, SOCAR-a 500 manata satılır. Bu cür bir çox nümunə təqdim edə bilərik. Bu işlərdə də Xaliq Abbasov müxtəlif maxinasiyalara yol verir və vergilərdən yayınır. Ölkədə daha ucuz şin sata biləcək şirkətlər kənarda qalır, lakin Mikayıl İsmayılovun protejesi SOCAR-ın əsas tərəfdaşlarından biri kimi çıxış edir.

Bundan başqa, X.Abbasovun "İFO Tires” adlı bir şirkəti də var. O, Avropa, Türkiyə, Ukrayna, Rusiya, Çin və BƏƏ-dən gətirilən şinlərin Gürcüstandakı Poti Azad Ticarət Zonasında "invoice”ini dəyişdirir, sonra həmin şirkət vasitəsilə iki dəfə az gömrük rüsumu ödəməklə Azərbaycana keçirərək, burda "İFO Tires” ilə "Şurataz LTD” arasında alqı-satqı reallaşdırır. Beləcə, 36 faiz vergi verən, qanuni sənədləşdirmə aparan digər sahibkarlara 100 min manata başa gələn müəyyən həcmdə idxalat partiyası Xaliq Abbasova 50 min manata başa gəlir”, – deyə mənbə bildirib.

Həmçinin, qeyd olunur ki, "Şurataz LTD” dünyada məşhur təkər istehsalçısı olan "Goodyears”, "Michelin”, "Rosava” və "Continental”ın Azərbaycandakı distribüteridir.

"Xaliq Abbasov "İFO Tires” və digər ofşor şirkətləri vasitəsilə beynəlxalq ticarət əməliyyatlarında pul "itirmək”, külli miqdarda valyutanı Azərbaycandan kənarda müxtəlif ofşor banklara köçürməklə məşğuldur. Müqavilə bağladığı xarici şirkətlər ona Azərbaycanda satmaq üçün ucuz qiymətə mal verirlərsə, Xaliq Abbasov "İFO Tires” vasitəsilə bu təkərlərin böyük hisbea024a32f335f7d63c0d57dd9d17560_400x400səsini Poti limanındaca re-eksport edərək, başqa ölkələrə göndərir.

Distribüter "Şurataz LTD” olduğu halda, "İFO Tires” tranzit şirkəti olaraq, bütün əməliyyatları həyata keçirir və Azərbaycan üçün nəzərdə tutulan təkər partiyasının böyük qismini Sloveniya, Türkiyə, Almaniya, Niderlanda re-eksport edir”, – deyə mənbə qeyd edir. İlk baxışdan, re-eksportda pis heç nə yoxdur, lakin məsələ ondadır ki, Xaliq Abbasovun sahibi olduğu "Şurataz LTD” şirkəti "Goodyear”, "Michelin” və "Continental” şirkətlərinin Azərbaycanda distribüteri kimi, onun öhdəliyi adıkeçən şirkətlərə aid məhsulları Azərbaycana çatdırmaq və bu ölkədə satmaqdan ibarətdir.

"Lakin Xaliq Abbasov istehsalçıların məlumatı olmadan, onlardan aldığı məhsulları kiçik partiyalarla başqa ölkələrə aparır və Azərbaycan üçün nəzərdə tutulan qiymətdən də baha satmaqla külli miqdarda pul qazanır. Halbuki, istehsalçıскачанные файлы (2)nın xəbəri olmadan, bir ölkənin distribüteri başqa ölkəyə re-eksport etməklə beynəlxalq iqtisadi cinayət törətmiş olur”.

Mənbənin sözlərinə görə, Xaliq Abbasov uzun illərdir Sumqayıt Baş Gömrük İdarəsinin maliyyə şöbəsinin müdiri Əhmədlə dostluq edir və eyni zamanda, idarənin rəisi Vəzir Həsənovla isti münasibətləri var: "Vəzir Həsənov əvvəl Tovuz Gömrük İdarəsinə rəhbərlik edib. Belə ki, təkər idxalı zamanı "invoice”in azaldılmasında, gömrük rüsumundan və vergilərdən yayınma hallarında Xaliq Abbasova himayədarlıq edən əsas fiqur da odur. Beləliklə, Xaliq Abbasov bu cür əlaqələr və dostluqlar vasitəsilə ölkədə yeni "parlayan” monopolistə çevrilib”. Məlumat üçün bildirək ki, keçən il oktyabr ayının 17-nə qədər Xaliq Abbasovun "krışa”sı Akif Çovdarovun kürəkəni keçmiş MTN-nin şöbə rəisi, polkovnik-leytenant 110713-NASCAR-goodyear-tires-LN-PI-CQ.vresize.1200.675.high.2Rəşad Əmircanov olub. Ancaq sonradan bu şəxs özünə "krışa” qismində Sumqayıt BGİ-nin maliyyə şöbəsinin rəisi Əhmədin vasitəsilə Vəzir Həsənovu tapıb.

Sumqayıt BGİ-nin dəhlizlərində gömrük əməkdaşları arasında ancaq Xaliq Abbasovun Vəzir Həsənova verdiyi bahalı hədiyyələrin söhbəti gedir. Çünki sonuncu onun üçün Sumqayıt gömrüyündə təkər monopoliyasını yaradıb. Son vaxtlar təkər işinə baxan digər sahibkarlar Xaliq Abbasovla görüşüb, onların da idxal etdikləri malların "invoice”i ni aşağı salmaqla Sumqayıt BGİ-də gömrük olunmasında ondan yardım istəyirlər.(Qafqaznews.az)






Fikirlər