Ərdoğanın ALİ təhsili yoxdur?

Ərdoğanın ali təhsili yoxdur?

AzerTaym.az Ölkə.Az-a istinadən məlumat verir ki, Almaniya mətbuatında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ali təhsili olmaması barədə iddialar yer alıb.

Almaniyanın Frankfurter Allgemeine Zeitung (FAZ) qəzetinin iddiasına görə Ərdoğan 1981-i ildə Mərmərə Universitetinin"İqtisadiyyat və İdarəetmə" fakultəsini biririb. Lakin araşdırmalara əsasən məlum olub ki, Mərmərə Universiteti 1982-ci ildə yaradılıb.

Türkiyə qanunvericiliyinə əsasən dövlət başçısı mütləq şəkildə ali təhsilli olmalıdır. Mərmərə Universitetinin direktoru KİV-lərdə Ərdoğanın diplomunun surətini dərc etdirib. Lakin qəzetin yazdığına görə diplomda adı qeyd edilən universitetlə, prezidentin şəxsi işində qeyd edilən universitetin adı fərqlidir.

 






Fikirlər