Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan İtaliyaya qaçması barəsində yayılan iddaları yalan adlandırıb. 

ANS PRESS- in məlumatına görə Bilal Ərdoğan İtaliyaya təhsillə əlaqədar getdiyini deyib. İtaliyada doktorantura təhsili alan dövlət başçısının oğlu bu ölkədə təhsil aldığına görə yaşadığını bildirib.

“Fürsət tapan kimi Türkiyəyə gedirəm.Elə 10 gün əvvəl Qurban bayramında Türkiyədə idim.Qaçmaq qorxaqların işidir .”

Bilal Ərdoğan bu şayiələri yayanlara qarşı tədbirlərin görülməsi üçün artıq vəkillərinin hazırlıqlara başladığını da bildirib.

İddialara görə Bilal Ərdoğanın xahişi ilə İtaliya hökumətinin onun üçün mühafizə ayırıb. Ona İtaliyada 3-4 il müddətinə yaşamaq icazəsi verildiyi ehtimal olunur. Artıq Bilal Ərdoğanın övladlarının da bu ölkədə məktəbə yazıldığı bildirilir.


Bilal Ərdoğan - Rəcəb Tayyib Ərdoğanın oğlu


Bilal Ərdoğan ABŞ-ın Vaşinqton şəhərində Con Hopkins Universitetində doktarant təhsili alıb. 

Verilən məlumata görə Bilal Ərdoğan 2009-cu ildən təhsilini İtaliyada davam etdirir.Lakin səhhətilə əlaqədar bir müddət təhsilini donduran Bilal təhsilini başa vurrmaq üçün İtaliyaya üz tutub.İki ildən sonra təhsilini bitirəcəyini deyən Bilal Ərdoğan son nəfəsinədək ölkəsində yaşayacağını qeyd edib. 

Bundan əvvəl də Bilal Ərdoğanın ölkəni tərk etməsi ilə bağlı şayiələr yayılıb. Ötən il 17 dekabr rüşvət və korrupsiya əməliyyatı zamanı da Bilal Ərdoğanın Türkiyədən qaçdığı iddia olunurdu.