Gəray Gəraybəyli: "ATU tibb işçilərini və müəllimləri birləşdirən yeganə müəssisədir"

 
Gəray Gəraybəyli: "ATU tibb işçilərini və müəllimləri birləşdirən yeganə müəssisədir"
 

 AzerTaym.az ATU-nin mətbuat xidmətinə istinadən xəbər verir ki  Azərbaycanda tibb işçilərinin peşə bayramıdır.

Bu münasibətlə Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ATU işçiləri heyətinin peşə bayramlarını təbrik etdi.

Bu gün bizim üçün ikiqat bayramdır. Həm belə bir möhtəşəm tədbirin, Formula 1-in ölkəmizdə keçirilməsinə start verilib, həm də ənənəvi olaraq tibb işçilərinin peşə bayramıdır. Məhz bu münasibətlə sizləri və rəhbərlik etdiyiniz kafedraların, şöbələrin işçilərini təbrik edirəm. Bizim universitet tibb işçilərini və müəllimləri birləşdirən yeganə müəssisədir. Bu sırf bizim halal bayramımızdır".

Azərbaycanda səhiyyə sahəsinin ildən-ilə inkişaf etdiyini xatırladan G. Gəraybəyli bunu ölkə rəhbərliyinin səhiyyəyə, tibb işçilərinə daima böyük diqqət və qayğıyla yanaşması ilə əlaqələndirib: "Cənab prezidentin səhiyyə işçiləri haqqında söylədiyi xoş sözləri yəqin ki, eşitdiniz. Ölkə başçısı bildirdi ki, son 3 ildə 600-dən çox səhiyyə müəssisəsində ya yenidənqurma işləri aparılıb, ya da tam təmir olunub. Bu həddindən artıq böyük bir rəqəmdir. Hətta indi ucqar rayonlardakı klinikalarda da böyük tibbi əməliyyatlar aparılır. Tibb Universitetinin məsuliyyəti də hər gün daha da artır. Bizim müasir klinikalarımız var, tibb avadanlıqları müntəzəm yenilənir. Lakin bunlar yetərli deyil, əlbəttə ki, əsas bu avadanlıqlarla işləyən mütəxəssislər olmalıdır.

Bu işdə də bizim işimiz çox önəmlidir".Xatırladaq ki, Azərbaycan Prezidentinin "Azərbaycanda tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında" 2001-ci il iyunun 4-də verdiyi sərəncama əsasən, hər il iyunun 17-si ölkədə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

 






Fikirlər